A.Nağıyev bildirib ki, belə struktur dəyişikliyi olanda bütün heyət sərəncama göndərilir və yeni strukturun formalaşdırılması üçün yenidən ştata qaytarılır: "Ümumiyyətlə, təcrübədə belədir ki, kim layiqdirsə, işi bacarırsa, eyni zamanda kəşfiyyat və əks-kəşfiyyat sistemində səriştəsi varsa, onlara böyük ehtiyac olur və bu istiqamətdə onların ştata qaytarılması məqsədəuyğundur”.
Qeyd edək ki, Azərbaycan Prezident İlham Əliyevin fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.
Trend-in əldə etdiyi məlumata görə, yaxın günlərdə MTN əməkdaşlarının sərəncama göndərilməsi prosesinə başlanılacaq.