Azərbaycan Prezidenti İlham Əliyev Mədət Quliyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edib.
Dövlət başçısının imzaladığı sərəncamda qeyd olunur ki, Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin.