"Azərbaycan Hava Yolları" QSC (AZAL) yeni "Promo" tarifi üzrə Bakı-Moskva (Domodedovo) reysinə biletlərin qiymətini endirib.
Baki-xeber.com-un AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskidən aldığı bilgiyə görə, yeni tariflə Bakıdan Moskvaya aviabiletlər 122, əks istiqamətə isə 110 avrodur. Biletlərin dəyərinə bütün rüsumlar, həmçinin qidalanma və 8 kq-dək əl yükü daxildir. Bir baqaj yerinin (23 kq-dək) qiyməti 25 avro təşkil edir. Xidmət rəhbəri onu da bildirdi ki, bu qərar kampaniya xarakteri daşımır və müddətsiz tətbiq olunur.
Qeyd edək ki, bundan əvvəl biletlərin qiyməti bu tarif üzrə 295 manat civarında idi. Uçuşlar "Airbus A320" təyyarəsi ilə həyata keçirilir. "Promo" tarifi "AZAL Miles" bonus proqramına daxil deyil.