Ötən həftə sonu Türkiyənin 10 şəhərində eyni anda başlayan və 5 nəfərin saxlandığı əməliyyatın nəticələri bəlli olub. Baki-xeber.com-un Anadolu Agentliyindən aldığı xəbərə görə, onlardan biri – Cemal Türk prokurorluğun təlimatı ilə sərbəst buraxılıb.
Digər təqsirləndirilənlər Kazım Avcı, İlhan İşbilen, Ali Çelik ve Dilaver Azim bu gün səhər saatlarında sağlıq baxışından keçdikdən sonra yenidən terrorla mücadilə şöbəsinə gətirilib. Onlardan Kazım Avcının Fətullah Gülənin bibisi oğlu olduğu, Milli Təhsil nazirliyində, TBMM dəftərxanasında çalışdığı, Mehmet Akif Dərnəyində imamlıq etdiyi və "paralel yapı” üzvlərinin vəzifələrə təyinatında xüsusi rola malik olduğu barədə daha öncə yazmışdıq.
Hazırda göz altına alınması hədəflənən 73 nəfərdən yalnız biri cəza evində, 60 nəfəri isə ölkə xaricindədir.