Avropa İttifaqı diplomatiyasının başçısı Federika Mogerini qurumun Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzatması üçün hər hansı əngəlin olmadığını bildirib. Baki-xeber.com-un xəbərinə görə, bu barədə utro.ru saytı yazır.
Xanım Mogerini hesab edir ki, bu məsələ həftə sonu Aİ ölkələri başçılarının birgə sammitində nəzərdən keçiriləcək. "Əslində bizim gündəliyimizdə Rusiya məsələsi nəzərdə tutulmayıb. Lakin nazirlər bunu müzakirə etmək istəyərlərsə bu mənim üçün problem deyil. Belə başa düşürəm ki, gələn həftə bu məsələyə Şurada baxılacaq. Mən Aİ ölkələri arasında məsələnin siyasi həlli yönündə ciddi çətinliklər görmürəm, lakin təbii, buna tək mən qərar vermirəm ”- deyə o bildirib.