Çin Xalq Banki bu gün daha bir devalvasiyaya gedib. Baki-xeber.com bu barədə "Lenta.ruНya istinadən bildirir. Beləliklə yuanın yeni kursu 6,4495 –dollar nisbətində qərar tutub.
Qeyd olunur ki, bundan əvvəlki devalvasiya bu ilin 11 avqust tarixində baş tutub. Bununla 3 gün ərzində Çin yuanı dollar nisbətində 4,6 faiz ucuzlaşdı. Lakin daha sonra yuanın kursu yenidən qalxaraq noyabrın əvvəlində 6,32 yuan təşkil etdi.
30 noyabrda Beynəlxalq Valyuta Fondu Çin yuanını da Ehtiyat Valyutalar Siyahısına (SDR) daxil etdi. Bu, son 35 ildə SDR-ə daha bir valyutanın əlavə olunmasında ilk nümunədir və o, 1 oktyabr 2016-cı ildən qüvvəyə minəcək. Beləliklə, Çin yuanı Beynəlxalq Valyuta Siyahısında dollar, avro, Britaniya funt sterlinqi və Yapon iyenindən sonra beşinci valyuta olacaq.