Yəmənin cənub-qərbindəki Zubab sahil şəhərində "Ənsarullah” hərəkatı Səudiyyə Ərəbistanının xüsusi təyinatlılarının komandiri Abdullah əs-Sahyanı qətlə yetirib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanının xüsusi təyinatlıları koalisiya qüvvələrinin əməliyyatında iştirak etmək məqsədilə Zubaba gələrkən husilər həmin əraziyə raketlə hücum edib. Nəticədə komandin Əs-Sahyan və koalisiyanın daha üç hərbçi həlak olub.
Səudiyyə Ərəbistanı baş verənlərlə bağlı açıqlama verməyib.