Bu gün Rusiya təyyarələrinin müxalifətin nəzarətində olan Dəməşq yaxınlığındakı Dumanı bombalaması nəticəsində 50 nəfər dinc sakin həlak olub, 200 nəfər yaralanıb. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, müxalifətin nəzarətindəki yaşayış məntəqələrinə 25-dən az olmayan sayda aviazərbələr endirilib. Ümumilikdə isə Dumanın da daxil olduğu Şərqi Quta əyalətinin Zemelka, Çobar, Hamuriyyə və Ərbin yaşayış məntəqələri bombardmana məruz qalıb. Bu rayonlara bu gün gün ərzində 100 aviazərbə endirilib. Evlərin dağılması nəticəsində çoxlu sayda insan dağıntılar altında qalıb.
Suriyanın yerli Koordinasiya Komitəsi Rusiya aviasiyasının Şərqi Qutada yaşayış məntəqələrini bombaladığını, nəticədə çoxlu sayda ölən və yaralananın olduğunu təsdiqləyib.