Rusiyanın Stavropol diyarında 4 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının təfərrüatları bəlli olub. Baki-xeber.com-un xəbərinə görə, təyyarənin icazəsiz uçuş həyata keçirdiyi ortaya çıxıb. Xəbərə görə, təyyarə Suvorovsk stanitsasında yerə düşdükdən güclü partlayış əmələ gəlib. Nəticədə təyyarənin göyərtəsində olan 4 nəfər yanaraq tanınmaz hala düşüb, təyyarənin özündən isə heş bir şey qalmayıb.
LifeNews-un xəbərinə görə, qəzaya uğrayan təyyarə altıyerli birmühərrikli Beach Bonanza A36PC–dir.
.