Ermənistanın Sünik rayonunda yerləşən Kacaran tibb mərkəzinin 5 həkimi Hepatit virusunu məqsədli şəkildə yaymaqda ittiham olunur. Baki-xeber.com-un əldə etdiyi xəbərə görə, bu gün həkimlərin ilkin istintaqa ifadəsi və zərərçəkənlərin dindirilməsi prosesi başa çatıb. Prosesin 13 yanvar tarixində davam etdirilməsinə qərar verilib.
Artıq həkimlərdən ikisi göz altına alınıb. İnfeksiyaya bulaşdırılanların əksəriyyəti Zəngəzur mis-molibden kombinatının işçisi olduğundan, kombinat onların müalicə xərclərini öz üzərinə götürüb. Xəbərə görə, məsələ ilə bağlı məhkəmə prosesi 3 dekabrda başlayıb. Prosesdə təqsirləndirilən qismində tibb mərkəzinin direktoru Vardan Avakyan, müavini Virab Manasyan, tibb bacıları Armede Vanesyan və Nora Karapetyan və həkim-anestezioloq Ervand Avakyan çıxış edir. Onların qurbanlarının hələlik 14 nəfər olduğu deyilir. Həkimlərin ittiham olunduğu maddə 5 illik həbs cəzası nəzərdə tutur.