Aşqabadda beynəlxalq konfransda iştirak edən Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko ilə Türkiyə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında qeyri-rəsmi görüş olub. Matvienkonun sözlərinə görə, görüş Çavuşoğlunun təşəbbüsü ilə baş tutub. Danışıqların təfərrüatları açıqlanmasa da, iki dövlət rəsmisi arasında danışıqların gərgin keçdiyi hiss olunub. Belarus və Qırğızıstan liderlərinin də Ankara ilə Moskva arasında münasibətlərin normallaşması ilə bağlı çağırışlarını şərh edən Matvienko bir daha Türkiyənin üzr istəməli olduğunu bildirib:”Biz baş verən hadisəni adekvat cavabsız bağışlaya bilmərik. İstənilən halda bu bizim münasibətlərimizdə iz qoyacaq”. Türkiyənin hərəkətini "hərbi cinayət” adlandıran xanım spiker onu da deyib ki, günah hücum edəndə olur, sözügedən olayda isə hücum edən tərəf Türkiyədir və məsuliyyət də onun üzərindədir. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə görüş barədə isə Matvienko ətraflı açıqlama verməyib, yalnız onu bildirib ki, heç kəs dünyada gərginlik istəmir və hər iki olkə XİN-i arasında əlaqə davam edir.
Baki-xeber.com