Dünən Ankara başda olmaqla Türkiyənin 10 şəhərində keçirilən Feto-PYD əməliyyatında göz altına alınması hədəflənən 73 nəfərdən 60-nın ölkə hüdudlarından kənarda olduğu ortaya çıxıb. Baki-xeber.com-un Anadolu Agentliyindən aldığı xəbərə görə, Ankara, İstanbul, İzmir, Bursa, Antalya, Kilis. Rizə, Şanlıurfa, Kütahya və Trabzonda eyni zamanda başlayan əməliyyat Fətullah Gülənin və tərəfdarlarının "Anayasanı pozmağa təşəbbüs”, "Silahlı terror dəstəsi yaratma və idarə etmə”, "Hökuməti devirməyə və fəaliyyətini əngəlləməyə təşəbbüs” maddələrilə istintaqa cəlb olunmasına yönəlib. Lakin əməliyyatın gedişində bəlli olub ki, gözaltəna alınaraq istintaqa cəlb olunması qətiləşən 73 nəfərdən 60-I 17-25 dekabr əməliyyatları sonrası örgütün təlimatı ilə ölkədən çıxıb.
Şübhəlilər arasında, Fətullah Gülənlə yanaşı, iş adamı Akın İpek, Samanyolu Yayın Qrupu başqanı Hidayət Karaca, Zaman qəzetinin eks Yayım müdiri Əkrəm Dumanlı, Fatih Universitetinin keçmiş rektoru Şərif Əli Təkalan, Öndər Aytac, Mustafa Özcan, İsmail Böyükçələbi, Əlaəddin Kaya, Mustafa Yeşil, Tuncay Delibaş, Cəmil Koca, Cevdət Türkyol, Əhməd Can, Necdət Başaran, Sait Aksoy, Suat Yıldırım və Osman Hilmi Özdil kimi tanınmış isimlər var. Əməliyyat zamanı Ankarada Kazım Avcı, Şanlıurfada Cemal Türk, İstanbulda isə İlhan İşbilən, Əli Çelik və Dilavər Əzim saxlanaraq Ankara polisi terrorla mübarizə şöbəsinə gətirilib. Onlardan Fətullah Gülənin bibisi oğlu olduğu deyilən Kazım Avcının Milli Təhsil Nazirliyi təlim-tərbiyə qurumunun başqanılığında, TBMM dəftərxanasında çalışdığı, Mehmet Akif dərnəyində imamlıq etdiyi, Feto-PYD içərisində aktiv fəaliyyət göstərdiyi və örgüt üzvlərinin vəzifələrə təyinatında önəmli rol oynadığı deyilir. Hazırda ifadələri alınan saxlananların bazar ertəsi Ankara ədliyyəsinə təhvil veriləcəyi bildirilir. Eyni zamanda qeydiyyat ünvanı İstanbul olduğu bildirilən 7 nəfərin tutulması istiqamətində əməliyyat davam edir.