çərşənbə günü, 17 iyun 2026
     

Prezident İlham Əliyev: "Gələcək üçün böyük planlarımız var, məqsədimiz Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirməkdir"

Image


Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə dekabrın 11-də Renmin Universitetinin "Tarix üzrə fəxri professor” diplomunun təqdim edilməsi mərasimi keçirilib.

Əvvəlcə Prezident İlham Əliyev tarix üzrə fəxri professor seçildiyi bu ali təhsil ocağının xatirə kitabına ürək sözlərini yazdı.

Sonra dövlətimizin başçısı universitetin rektoru Liu Veylə görüşdü.

Görüşdə ölkələrimiz arasında bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişaf etdiyi bildirildi. Təhsil sahəsində əməkdaşlığın, xüsusilə universitetlərarası əlaqələrin genişləndirilməsinin, tələbə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edildi. Prezident İlham Əliyevin Çinə dövlət səfərinin ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulandı. Bu sahədə əlaqələrin xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyi bildirildi.

Sonra qarşılılıqlı hədiyyələr təqdim olundu.

Universitetin prorektoru İ Cixon mərasimi açaraq bu görüşün ali təhsil ocağının həyatında mühüm hadisə olduğunu dedi. O, Azərbaycan Prezidentini bu ali təhsil ocağında qəbul etməyin onlar üçün şərəf olduğunu vurğuladı.

Renmin Universitetinin rektoru Liu Vey çıxış edərək Prezident İlham Əliyevi universitetdə görməkdən şad olduqlarını bildirdi. O, dövlətimizin başçısını rəhbərlik etdiyi ali təhsil ocağının fəxri professoru adına layiq görülməsi münasibətilə təbrik etdikdən sonra ölkələrimiz arasındakı münasibətlərin tarixindən danışdı: "Çin və Azərbaycan qədim tarixə, parlaq sivilizasiyaya malik olan ölkələrdir. Azərbaycan Avrasiyanın ürəyində yerləşir. Bu ölkə Şərq və Qərb mədəniyyətlərinin birləşməsinə şahidlik edir, habelə müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin bir-biri ilə kəsişdiyi məkandır".

Rektor qeyd edib ki, xalqlarımız arasındakı uzunmüddətli dostluq əlaqələri iki min il əvvələ - qədim İpək Yolunun başlanğıcına qədər uzanır: "İpək Yolu və onun üzərindəki şəhərlər müntəzəm inkişaf edirdi. Bu qədim şəhərlərdən biri olan Bakı İpək Yolunun incisi kimi dünyada məşhurlaşmışdı. İpək Yolu vasitəsilə Çinin gözəl ipəyi Azərbaycana, Azərbaycanın nadir xalçaları və daş duzu isə Çinə gətirilirdi. Daha sonra 1992-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələr quruldu. Sabiq Prezident Heydər Əliyevin hakimiyyəti dövründə ölkələrimiz arasında əməkdaşlıq inkişaf etdi, siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr gücləndi, xalqlarımızın münasibətləri dərin dostluğa çevrildi. Bu proses Prezident İlham Əliyevin hakimiyyəti dövründə də uğurla davam edir. Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülən İpək Yolu iqtisadi kəmərinin yaradılması əlaqələrimizin inkişafına təkan verir. İndi Prezident İlham Əliyev Renmin Universitetinin fəxri professoru adını alır. Bu, Zati-alilərinin ikitərəfli əlaqələrin dərinləşdirilməsi, ali təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istəyinin bariz göstəricisidir".

Rektor Liu Vey rəhbərlik etdiyi Renmin Universitetinin tarixi və keçdiyi inkişaf yolu barədə məlumat verərək bildirdi ki, Çinin ən nüfuzlu ali təhsil müəssisələrindən olan bu universitet əsasən humanitar, sosial və ətraf mühitlə bağlı elmlərin tədrisi sahəsində ixtisaslaşıb. Çinin ali təhsil müəssisələrinin flaqmanı kimi tanınan bu universitet bir çox sahələrdə aparıcı və əvəzedilməz mövqeyə sahibdir.

Liu Vey universitetin bundan sonra qədim İpək Yolu kəməri ətrafındakı ölkələr üzrə tədqiqatlar aparmaq üçün daha ciddi səylər göstərəcəyini bildirdi. O, ali təhsil ocağında keçmiş Sovet İttifaqı, Şərqi Avropa və Mərkəzi Asiya üzrə tədqiqatların aparıldığını, bu sahədə mühüm nailiyyətlərin qazanıldığını diqqətə çatdırdı, Azərbaycan ilə əməkdaşlıqdan danışaraq dedi: "Renmin Universiteti uzun müddətdir Azərbaycan universitetləri ilə əməkdaşlığa ciddi əhəmiyyət verir. Buna ən gözəl nümunə Bakı Dövlət Universiteti ilə olan tərəfdaşlığımızdır. İndiyədək Renmin Universitetində 12 azərbaycanlı tələbə oxuyub. Cənab Prezident, Sizi fəxri professorumuz olaraq görməkdən böyük qürur duyuruq və inanıram ki, Sizin dəstəyinizlə Azərbaycan ilə bağlı məsələlər, o cümlədən qədim İpək Yolu kəmərinə dair təşəbbüs üzrə araşdırmalarımız daha çox nəticə verəcək. Təbii ki, ali təhsil istiqamətində daha yaxından əməkdaşlıq edəcəyik. Cənab Prezident, Sizə cansağlığı arzu edirəm. Sağ olun".

Sonra prorektor İ Cixon Prezident İlham Əliyevin həyat və fəaliyyəti barədə məlumat verdi.

Daha sonra Renmin Universitetinin "Tarix üzrə fəxri professor” diplomu və döş nişanı dövlətimizin başçısına təqdim edildi.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi: "Renmin Universitetinin hörmətli rektoru və prorektoru. Hörmətli tələbələr və dostlar. İlk növbədə, mənə fəxri professor diplomunun verilməsinə görə universitetin rəhbərliyinə dərin təşəkkürümü bildirmək istəyirəm. Mən bunu ölkələrimiz arasında dostluq rəmzi kimi qiymətləndirirəm".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanla Çin arasında dostluğun qədim tarixi var. Tarixin müxtəlif dövrlərində xalqlarımız bir-biri ilə ünsiyyətdə olublar. İndi isə Azərbaycan müstəqil dövlət olaraq Çin ilə ikitərəfli əlaqələrin qurulmasından ötən 23 il ərzində bu ölkə ilə müxtəlif sahələr üzrə fəal əməkdaşlıq edir: "Mənim Çinə dövlət səfərim bu gün yekunlaşmaq üzrədir. Mən səfərimə qədim Sian şəhərindən başladım, Terrakota Ordusu Muzeyi ilə tanış oldum və bir daha xalqınızın böyük mədəniyyəti, ənənələri və tarixinin şahidi oldum. Bu, bir daha nümayiş etdirir ki, Çin xalqının əsrlərlə davam edən tarixi boyunca siz şah əsərlər yaratmısınız, tarix yazmısınız və sizin müasir uğurunuz həmin tarixi irsə əsaslanır.

Bu gün ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir və dövlət səfərinin nəticələri məni çox qane edir. Gözəl ölkənizdə keçirdiyim bu bir neçə gün ərzində Çinin rəhbərliyi ilə görüşlərim olub. Bu görüşlərdə dostluq, tərəfdaşlıq və qarşılıqlı anlaşma şəraitində aparılan müzakirələr və danışıqlar zamanı biz bir daha razılaşdıq ki, münasibətlərimizdə müsbət meyli davam etdirməliyik. Biz dost ölkələrik. İkitərəfli münasibətləri inkişaf etdirmək və dərinləşdirmək üçün bizdə güclü qarşılıqlı iradə mövcuddur. Bizim mükəmməl siyasi münasibətlərimiz var və mənim Çinə dövlət səfərim bunu bir daha nümayiş etdirdi. Biz bir çox sahələrdə bir-birimizi dəstəkləyirik. Beynəlxalq təşkilatlarda bir-birimizə dəstək nümayiş etdiririk. Azərbaycan "Vahid Çin” prinsipini ciddi şəkildə dəstəkləyir. Çin isə öz növbəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həlli ilə bağlı bizə dəstək verir. Bu və ikitərəfli əlaqələrimizin digər bir çox mühüm cəhətləri dünən mənim və Çin Xalq Respublikasının Sədri Si Cinpinin imzaladığımız Birgə Bəyannamədə öz əksini tapıb. Bu vacib siyasi sənəddən əlavə, dünən siyasi, iqtisadi, sosial inkişafın və ölkələrimiz arasında əməkdaşlığın bir çox sahələrini əhatə edən 9 sənəd imzalanıb və bununla da imzalanmış sənədlərin ümumi sayı 10-a çatıb".

İlham Əliyev vurğulayıb ki, iki ölkə BMT çərçivəsində çox fəal əməkdaşlıq edir: "Bu il Azərbaycan Çinin dəstəyi ilə Şanxay Əməkdaşlıq Təşkilatına dialoq üzrə tərəfdaş olub. İqtisadi sahədə çox fəal əməkdaşlıq edirik. Bu yaxınlarda Çində Hökumətlərarası Birgə Komissiyanın iclası keçirilib. Bu komissiya mənim səfərim ərzində öz həllini tapmış məsələlərlə məşğul idi. Bu komissiyanın görüşü mənim dövlət səfərimə hazırlıq xarakteri daşıyırdı.

Azərbaycan Çinin təşəbbüsünə qoşularaq Asiya İnfrastruktur İnvestisiyaları Bankının həmtəsisçisi oldu. Bu da bizim iqtisadi əməkdaşlığımızın yaxşı göstəricisidir. Çinin bir çox şirkətləri Azərbaycanda fəal şəkildə çalışır. Səfərim ərzində mən iki şirkətlə tanış oldum. Sian şəhərində avtomobil zavodunda oldum. Bu zavod artıq avtomobilləri Azərbaycana ixrac edir. Bu da ölkəmizə ixracatı artırır. Dünən Azərbaycanda fəal şəkildə çalışan "Huawei” korporasiyasının ofisi ilə tanış oldum. Biz Azərbaycanda daha çox Çin şirkətlərini görmək istəyirik və Çin rəhbərliyi ilə görüşlərimdə bu məsələni vurğulamışam. Azərbaycanda Çinin müxtəlif sahələrdə - infrastruktur, tikinti sahələrində fəaliyyət göstərən daha çox şirkətlərini görmək istəyirik. Əlbəttə ki, biz Çin şirkətlərini investor qismində görmək istəyirik. Çünki Azərbaycanda əlverişli investisiya mühiti var".

Azərbaycan Prezidenti əlavə edib ki, nəqliyyat sahəsində əməkdaşlığın aparılması üçün çox yaxşı perspektivlər mövcuddur: "Biz Sədr Si Cinpin tərəfindən irəli sürülmüş İpək Yolu iqtisadi kəmərinin yaradılması təşəbbüsünü tam dəstəkləyirik. Azərbaycan ölkə daxilində çox müasir nəqliyyat infrastrukturunun yaradılması işinə öz töhfəsini verir. Deyə bilərəm ki, bu ilin avqustunda Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gətirilib. Biz dünən nəqliyyat sahəsində əməkdaşlığın perspektivlərini geniş şəkildə müzakirə etdik. Azərbaycanın coğrafi mövqeyi ölkəmizi malların Avropadan Asiyaya, Asiyadan Avropaya tranziti üçün mərkəzə çevirir. Biz hazırda dəmir yollarının müasirləşdirilməsinə, Xəzər regionunda ən böyük limanın yaradılmasına və ümidvaram ki, gələn il fəaliyyətə başlayacaq Azərbaycan ilə Avropa arasında dəmir yolu əlaqəsinə sərmayə yatırırıq. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Asiya ilə Avropanı birləşdirəcək, tarixi İpək Yolunu qurmaq üçün çatışmayan dəmir yolu əlaqəsini yaradacaq. Bu nəqliyyat marşrutu malların Çindən Avropaya, Avropadan Çinə gətirilməsi üçün ən qısa yol olacaq.

Başqa sözlə, bizim əməkdaşlığımız çox genişdir. Bu, siyasi sahəni, beynəlxalq əlaqələri əhatə edir. Dediyim kimi, beynəlxalq təşkilatlar çərçivəsində çox fəal əməkdaşlıq edirik. İqtisadi əməkdaşlığımızın praktiki məsələlərinə xüsusi diqqət yetiririk. Əlbəttə, biz nəqliyyat təşəbbüsləri ilə bir neçə ölkə arasında əməkdaşlığın aparılmasına yaxşı imkan yaradırıq. İqtisadi və nəqliyyat layihələri ölkələri birləşdirir, iqtisadi dividendlər verir. Onlar müxtəlif ölkələr arasında qarşılıqlı anlaşma üçün yaxşı şərait yaradır. Ölkələrin müxtəlif xarici siyasət prioritetləri, dünyada baş verən hadisələrlə bağlı fərqli baxışları ola bilər. Bu da təbiidir. Lakin biz iqtisadi əməkdaşlıq, daha geniş regional əməkdaşlıq vasitəsilə qarşılıqlı anlaşma üçün daha yaxşı şərait yarada bilərik. Bizim mövqeyimiz buna əsaslanır və Çin ilə Azərbaycanın baxışları bir çox sahələrdə üst-üstə düşür".

Dövlətimizin başçısı qeyd edib ki, biz terrorizmə, ekstremizmə, radikalizmə qarşı birlikdə mübarizə aparırıq: "Biz multikulturalizm dəyərlərini təşviq edirik və dünyada, regionumuzda gərginliyin azalmasına töhfə verməyə çalışırıq. Bununla bərabər, ölkələrimiz arasında ikitərəfli münasibətlərin mövcud durumu bizi çox qane edir. Əminəm ki, mənim səfərimin nəticələri, imzalanmış sənədlər, xüsusilə Çin və Azərbaycan arasında Birgə Bəyannamə gələcək inkişaf üçün yaxşı baza olacaq. Birgə Bəyannamə demək olar ki, bizim birgə fəaliyyətimizin bütün cəhətlərini, siyasi, iqtisadi, münaqişələrin tənzimlənməsinə aid məsələləri, nəqliyyat və mədəniyyət məsələlərini əhatə edir. Biz təhsil sahəsində daha fəal əməkdaşlıq etmək istəyirik. Universitetin rektoru ilə müzakirə etdiyimiz kimi, mənə fəxri professor diplomunun verilməsindən sonra əminəm ki, Azərbaycan gəncləri ölkənizin aparıcı təhsil müəssisələrindən biri olan Renmin Universitetində təhsil almaq üçün buraya gələcəklər. Beləliklə, ölkənizdən yaxşı xatirələrlə, nəticələrlə ayrılıram. Əminəm ki, növbəti illərdə sənədlərin praktiki icrasını görəcəyik.

Bu gün Azərbaycan, ölkəmizin inkişafı və planları haqqında da sizə bir qədər məlumat vermək istəyirəm. Azərbaycan çox qədim diyardır. Əsrlər boyu xalqımız dəyərlər yaradıb. Azərbaycanda olan bir çox tarixi yerlər ölkəmizin qədim tarixini əks etdirir. Azərbaycan tarixi İpək Yolu üzərində yerləşir, Avropa və Asiya qitələri ilə sıx bağlıdır. Ölkəmiz, faktiki olaraq, Avrasiyanın ortasında yerləşir. Lakin müstəqil ölkə kimi biz çox gəncik. Biz cəmi 24 ildir ki, müstəqilik. Bu illər transformasiya, inkişaf, modernləşmə illəri olub və biz böyük nəticələr əldə etmişik".

İlham Əliyev deyib ki, bu gün Azərbaycan beynəlxalq birliyin fəal üzvüdür: "Dörd il bundan əvvəl 155 ölkənin, eləcə də Çinin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bu da Azərbaycana olan geniş beynəlxalq dəstəyin göstəricisi və beynəlxalq arenada bizim fəaliyyətimizə verilən qiymət idi".

Prezident bildirib ki, Azərbaycanın iqtisadiyyatı dünyada sürətlə artan iqtisadiyyatlardan biridir: "Ötən 10 il ərzində ümumi daxili məhsulumuz 3 dəfədən çox artıb. Bu da bizə infrastruktura, o cümlədən sosial infrastruktura sərmayə yatırmağa, işsizlik səviyyəsini ciddi şəkildə azaltmağa imkan verir. Hazırda işsizliyin səviyyəsi 5 faizdir. Sürətli iqtisadi artım ölkəmiz üçün çoxlu fürsətlər yaratdı. Bu gün Azərbaycan, həmçinin xarici sərmayədardır. Biz başqa ölkələrə investisiya yatırırıq. Əlbəttə ki, iqtisadi və maliyyə sabitliyi siyasi müstəqilliyimizin ən əsas elementlərindəndir. Biz yalnız 24 ildir ki, müstəqilik, gənc ölkəyik və öz müstəqilliyinə hər şeydən çox dəyər verən ölkəyik. Üzləşdiyimiz problemlərə gəldikdə, əsas problem ərazilərimizin Ermənistan tərəfindən işğal olunmasıdır. İyirmi ildən artıqdır ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması ilə bağlı dörd qətnamə qəbul edib. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrin tələblərinə məhəl qoymamağa davam edir".

Dövlət başçısı vurğulayıb ki, BMT-nin Təhlükəsizlik Şurası dünyada ən yüksək beynəlxalq təşkilatdır: "Qəbul olunmuş qətnamələr beynəlxalq hüquqa və ədalətə əsaslanır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi hələ də işğal altındadır. Bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib. Biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağ və ətraf 7 rayon 20 ildən artıqdır ki, işğal altındadır. 1994-cü ildən bəri atəşkəs rejimi qüvvədədir. Lakin atəşkəs sülh demək deyil. Torpaqlarımız azad olunanda, qaçqın və məcburi köçkünlərimiz öz evlərinə qayıda biləndə sülhə nail olunacaq. Münaqişə yalnız beynəlxalq hüququn normaları və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrası əsasında öz həllini tapmalıdır. Sədr Si Cinpinlə imzaladığımız Birgə Bəyannamədə bütün yanaşmalar öz əksini tapıb. Bu münaqişənin həll olunması üçün belə yanaşma nümayiş etdirdiyinə görə Çinə çox minnətdaram".

İlham ƏIiyev deyib ki, bu böyük problemə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir: "Bizim enerji ehtiyatlarımız var və əlbəttə, bu ehtiyatlar bizə maliyyə ehtiyatları toplamağa imkan verir. Lakin neftin qiymətinin bir il ərzində, demək olar, üç dəfə aşağı düşməsi əlbəttə ki, bacarıqların nümayiş etdirilməsinin vaxtının yetişməsi deməkdir".

Prezident qeyd edib ki, Azərbaycan yaxşı idarəçilik nümayiş etdirir. Neft istehsal edən ölkələr arasında Azərbaycan hələ də inkişaf etməkdə olan azsaylı ölkələrdəndir: "Gəlirlərimizin əhəmiyyətli dərəcədə aşağı düşməsinə baxmayaraq, bu il təxminən 4 faiz iqtisadi artım gözlənilir. Buna da əsasən iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində nail olunub. Biz qapılarımızı sərmayələr üçün açmışıq və adambaşına düşən investisiya, birbaşa xarici sərmayələrin həcmi çox yüksək səviyyədədir. Sənaye sahələrini, infrastrukturu yaratmaq və sərmayədarları Azərbaycana dəvət etmək üçün öz vəsaitlərimizi investisiya etmişik. İqtisadiyyatın şaxələndirilməsi prosesinin uğurlu olması sübuta yetirildi. Biz ölkəmizdə işləyəcək daha çox sayda Çin şirkətlərini görməyə ümid edirik, xüsusilə sənaye istehsalı, informasiya texnologiyaları, yüksək texnologiyalar, kənd təsərrüfatı sahələrində və bir çox digər sahələrdə. Çünki ölkələrimiz arasında çox yaxşı dostluq münasibətlərinin olmasını əsas tutaraq biz bu münasibətlərə çox vacib olan iqtisadi komponenti də əlavə etməliyik. Azərbaycan investisiyaların yatırılması nöqteyi-nəzərindən çox cəlbedici ölkədir. Xarici sərmayələr lazımi şəkildə qorunur".

Azərbaycan Prezidenti bildirib ki, beləliklə, ölkəmiz inkişaf edir, bizim gələcək üçün böyük planlarımız var: "Məqsədimiz Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirməkdir. Düşünürəm ki, bunun üçün yaxşı imkanlar mövcuddur. Biz təhsilə böyük diqqət yetiririk. Çünki bu, hər bir ölkənin gələcəyidir. İqtisadiyyatı irəli aparan və ölkənin uğurunu nümayiş etdirən təbii ehtiyatlar yox, təhsil və əhalinin intellektual səviyyəsidir. Bu sahədə biz Çin ilə daha fəal şəkildə əməkdaşlıq aparmaq istəyirik. Qeyd etdiyim kimi, Renmin Universiteti ilə öz universitetlərimiz arasında daha da sıx əməkdaşlıq görmək istəyirəm. Çünki təhsil bizim üçün əsas prioritetlərdən biridir. Bizdə savadlılığın səviyyəsi demək olar ki, 100 faizdir. Bizim əsas məqsədimiz enerji ehtiyatlarının qiymətinin aşağı düşməsi ilə bağlı müvəqqəti çətinliklərə baxmayaraq, elə təhsil sisteminə malik olmaqdır ki, o, Azərbaycanın inkişaf etməsinə imkan yaratsın. Bizim əsas məqsədimiz iqtisadiyyatımızın çox güclü qeyri-neft sektorunu yaratmaq, texnologiyaları inkişaf etdirmək, təhsil və elmə sərmayə yatırmaq və insanlarımız üçün daha yaxşı həyat şəraiti yaratmaqdır. İqtisadi islahatlar güclü sosial siyasətlə dəstəklənib".

İlham Əliyev deyib ki, yoxsulluğun və işsizliyin azalması bu siyasətin uğurlu olmasını göstərir: "Beləliklə, ölkəmizin inkişafı haqqında qısaca olaraq bu qədər. Dediyim kimi, bizim gələcək üçün planlarımız ölkəmizin milli maraqlarına söykənir. Biz regionda sülhün olmasını istəyirik və siyasi səylərimizi gərginliyin azalmasına istiqamətləndiririk. Qeyd etdiyim kimi, biz beynəlxalq terrorizmə, radikalizmə, separatizmə qarşı fəal mübarizə aparırıq. Biz bütün konfessiya və etnik qrup nümayəndələrinin sülh və harmoniya içərisində yaşadığı multikulturalizm cəmiyyətinə malik olmağımızdan qurur duyuruq. Artıq Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bu, bizim böyük dəyərimizdir. Biz bu dəyərləri təşviq etmək istəyirik.

Mənə fəxri professor diplomunun verilməsi ilə əlaqədar sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Mən artıq sizin ailənizin bir üzvüyəm. Bu döş nişanını həmişə özümdə saxlayacağam. Ümid edirəm ki, sizi Bakıda görəcəyəm. Artıq universitetin rəhbərliyini Bakıya dəvət etmişəm. İndi isə tələbələri dəvət etmək istəyirəm. Ölkəmizlə tanış olmaq və dostluğumuzu daha da gücləndirmək üçün Azərbaycana gəlin. Çox sağ olun".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

SON XƏBƏRLƏR

17.06.2026 / 17:45
Bakıda xarici narkotacirlərlə işləyən şəxs yaxalandı - 51 kq marixuana, 2000 ədəd həb...

17.06.2026 / 17:31
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

17.06.2026 / 17:25
Deputat Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib

17.06.2026 / 17:18
Paşinyan bir müxalifət liderindən başqa digərlərini məhv etmək istəyir - Sarkisyan niyə "gözüqara" olub...

17.06.2026 / 17:03
"Azərbaycanın kritik mineral ehtiyatlarının 80 faizdən çoxu işğaldan azad edilmiş ərazilərdədir" - Nazir

17.06.2026 / 17:01
Əraqçi Lavrovu İran-ABŞ memorandumunun təfərrüatları barədə məlumatlandırdı

17.06.2026 / 16:46
“Köhnə çamadanlar” Adana tamaşaçısı ilə görüşdü

17.06.2026 / 16:45
Üç dövlət Ermənistana Rusiya müdaxiləsinin qarşısını almaq üçün addım atır...

17.06.2026 / 16:27
Banklar ipoteka-mənzil satışında ağlasığmaz süründürməçiliyə yol verir...

17.06.2026 / 16:14
Tramp Fransada yeni “planını açdı” - Suriyanı, Türkiyəni və Hizbullahı bir - birinə vurdurmaq...

17.06.2026 / 16:07
Maşınların icbari sığortasının yeni qaydalarında ziddiyyətlər var...

17.06.2026 / 15:55
Yeni idarəetmə orqanı -medianın iqtisadi mütəqilliyi üçün yeni mənbələr necə açılacaq?...

17.06.2026 / 15:53
Prezident səhiyyə işçilərini təltif etdi

17.06.2026 / 15:44
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərənin Baş planı ilə tanış olublar - FOTO

17.06.2026 / 15:38
MEDİA və İƏT Xəbər Agentlikləri Birliyi media sahəsində əməkdaşlığı müzakirə edib - FOTO

17.06.2026 / 15:31
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib - FOTO

17.06.2026 / 15:07
Prezident İlham Əliyev Məhəmməd Süleyman Əl-Casiri “Dostluq” ordeni ilə təltif etdi

17.06.2026 / 14:49
Avroittifaq Ermənistanla "Əlahiddə ticarət tədbirlərinə" başladı - Rusiyanın acığına...

17.06.2026 / 14:46
Tramp 3 noyabradək ən azı Rusiya-Ukrayna memorandumu imzalamağı hədəflədi...

17.06.2026 / 14:43
Hökumət əhalinin Bakıdan regionlara axını üçün hərəkətə keçdi...

17.06.2026 / 14:33
Azərbaycanın Ermənistanla qaz ticarəti başlamamış Rusiya hərəkətə keçib...

17.06.2026 / 14:30
Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalıya səfəri başlayıb - FOTO

17.06.2026 / 14:27
Rusiya Ermənistan üçün daha əvvəlki Rusiya deyil...

17.06.2026 / 14:20
Bu şəxslər 20 illik gəlir vergisindən azad edilir...

17.06.2026 / 14:16
NATO sammiti ərfəsində Türkiyə-Rusiya münasibətlərində sərinlik başlayıb...

17.06.2026 / 14:12
Erməni toyları sürətlə “azərbaycanlılaşır”... Baxın necə...

17.06.2026 / 13:32
Aİ Rusiyanın Ermənistana təzyiqlərini azaltmaq üçün hərəkətə keçdi – ancaq ortada çətin problemlər də var...

17.06.2026 / 13:10
Kolumbiya səfiri "ASAN xidmət"dən sürücülük vəsiqəsi aldı...

17.06.2026 / 12:47
"Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır" - Əhliman Əmiraslanov

17.06.2026 / 12:39
İranın şansı gətirdi - ərəb ölkələrinin maliyyəsi hesabına gücünü bərpa edəcək...

17.06.2026 / 12:32
Finlandiyadan təklif - Avropa çimərlikləri ruslara qadağan edilsin...

17.06.2026 / 11:55
İran sazişi ABŞ administrasiyasını parçaladı - Tramp üç naziri istefaya göndərə bilər...

17.06.2026 / 11:30
Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan vəzifəlilərdən YENİ XƏBƏR VAR...

17.06.2026 / 11:18
Kılıçdaroğlunun arxayın davranışı suallara yol açdı - Özel qərarlıdır...

17.06.2026 / 11:13
"ABŞ-İran anlaşma mətni Tehranın onu uğurlu kimi təqdim etməsi üçün qeyri-müəyyən saxlanıb" - CNN

17.06.2026 / 11:07
ABŞ İsrailin tələbini rədd etdi - İran sazişinin mətni Təl-Əvivdən gizlədilir...

17.06.2026 / 10:46
İİB Qrupunun Bakı Forumunda 4,7 milyardlıq azı 32 saziş imzalanacaq...

17.06.2026 / 10:37
Bərdədə qadın 10 kiloqramdan artıq narkotiklə tutuldu

17.06.2026 / 10:22
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib - FOTO

17.06.2026 / 10:11
Köçəryanın həbsi üçün düyməyə basıldı – toxunulmazlığı ləğv edilir...

17.06.2026 / 10:01
Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox investisiya yatırılıb

17.06.2026 / 09:42
Bakı-Sumqayıt yolunda faciə: hüquqşünasın qızı qəzada öldü

17.06.2026 / 09:32
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı

17.06.2026 / 09:25
Əli Əsədova “Bright Uzbekistan” jurnalının xüsusi buraxılışı təqdim olundu

17.06.2026 / 09:14
G7-dən Kiyevə dəstək, Moskvaya sanksiya mesajı – Rusiyanın neft-qaz sektoru hədəfdə...

17.06.2026 / 08:42
ABŞ Senatı Trampın müharibə səlahiyyətləri qətnaməsini 7-ci dəfə rədd etdi

17.06.2026 / 08:42
Rusiya freqatı La-Manş boğazında Britaniya yaxtasına atəş açdı...

17.06.2026 / 08:40
İtaliya Baş naziri maraqlı etiraf etdi - G7 liderləri alqışladı

17.06.2026 / 08:22
Rəşid Əzimovun xatirəsinə “Əbədi İşıq” sərgisi keçirildi

17.06.2026 / 07:20
FTB Ağ Evin yaxınlığında tədbirə dron hücumunun qarşısını aldı

17.06.2026 / 07:08
Roma bazilikasında İtaliya Baş nazirinin surəti görənləri şoka saldı

16.06.2026 / 22:45
Makron və Zelenski Tramp haqqında dedi-qodu edərkən yaxalandılar - mikrofonlar açıq qaldı...

16.06.2026 / 22:30
ABŞ-İran sazişi Cenevrədə yox, Bürqenştokda imzalanacaq – rəsmən təsdiqləndi...

16.06.2026 / 22:11
Orta maaşa görə qonşularla müqayisədə belə vəziyyətdəyik - çıxış yolları...

16.06.2026 / 21:44
İranla Cenevrə sazişini Tramp şəxsən imzalaya bilər - Xamneyi gələrmi?...

16.06.2026 / 21:26
Paşinyan sabiq prezident Sarkisyanı “Kaluqalının kuklası” adlandırdı...

16.06.2026 / 21:15
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçirilir - “Qafqaz Qartalı - 2026”...

16.06.2026 / 21:03
Putinin Ermənistana münasibəti Avropanı daha da qorxutdu - xüsusi elçi pul və ticarət vədləri ilə gəlir...

16.06.2026 / 20:47
Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib

16.06.2026 / 20:28
Tramp Suriyanın Livanda “Hizbullah”a qarşı müharibəyə başlamasını təklif etdi...

16.06.2026 / 20:20
Naxçıvan üçün Tramp da məsul olacaq - Əliyevin növbəti xatırlatması...

16.06.2026 / 19:52
Yoldaşlarını mühasirədən xilas edərək özü şəhid oldu -Namazov Orxan Ceyhun oğlu...

16.06.2026 / 19:20
“Azərbaycanla sülh Ermənistanda iqtisadi inkişafa yeni təkan verib” - Paşinyan

16.06.2026 / 19:06
Hakan Fidan Lavrovla Bakı və İrəvan arasındakı sülh prosesini müzakirə edib

16.06.2026 / 18:59
ABŞ miqrant probleminə çarə tapdı - dünyanın ən kasıb və problemli ölkəsi…

16.06.2026 / 18:58
Vüqar Rəhimzadə: Dayanıqlı media mühitinin yaradılması bütün dövrlər üçün öz aktuallığını qoruyur

16.06.2026 / 18:56
XXI Əsrin Qadınları” İB İsmayıllıda tədbir keçirib

16.06.2026 / 18:49
Binəqədidə evdən pul və qızıl oğurlayan şəxs yaxalandı

16.06.2026 / 18:40
Azərbaycanda yeni media qurumuna əvvəlkindən fərqli üstün səlahiyyətlər verilir...

16.06.2026 / 18:39
Cənubi Koreya millisi medianı boykot qərarı verdi - Dünya Kuboku bitənə kimi…

16.06.2026 / 18:26
QHT-lər ABŞ Nümayəndələr Palatasına etiraz məktubu göndərdi - Azərbaycanın buna haqqı var...

16.06.2026 / 18:12
Ermənilərin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdir... - FOTO

16.06.2026 / 17:47
Köçəryanın ölkədən çıxışına imkan verilmədi, hava limanında sənəd yoxlanışı görüntüləri mediaya sız(dırıl)dı

16.06.2026 / 17:44
MM komissiyası Fransanın Azərbaycana qarşı çirkin siyasətini ifşa etdi - BƏYANAT...

16.06.2026 / 17:23
“Media haqqında” qanunda dəyişikliklər MM-in komitə iclasında müzakirə olundu

16.06.2026 / 17:11
Ermənistanda neçə Azərbaycan və Türkiyə vətəndaşı əmlak alıb?...

16.06.2026 / 16:56
Əli Əsədov Şavkat Mirziyoyevlə görüşdü - FOTO

16.06.2026 / 16:41
Polis Nizamidə əməliyyat keçirdi - iki nəfər 12 kq narkotiklə tutuldu...

16.06.2026 / 16:35
İsa Məsihin saqqalsız təsvir olunduğu III əsr freskası aşkar edilib

16.06.2026 / 16:32
Tramp İranla saziş yeri kimi Türkiyəni niyə seçmədi?...

16.06.2026 / 16:08
Prezident İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub

Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

XƏBƏR ARXİVİ