Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası əfvlə bağlı bütün müraciətləri araşdırır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında komissiyanın üzvü, millət vəkili Azay Quliyev deyib.
O bildirib ki, hazırda komissiya öz işini davam etdirir: "Komissiyanın səlahiyyətləri ondan ibarətdir ki, daxil olmuş müraciətləri əsasnaməyə uyğun şəkildə araşdırsın və bundan sonra müvafiq qaydada cənab Prezidentə tövsiyə xarakterli bir təklif təqdim etsin".