Müasir müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin vəfatından 12 il keçir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev Fəxri Xiyabana gələrək, mərhum prezident Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səslənib.
Daha sonra mərhum prezidentin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb. Mərasimdə Baş nazir Artur Rəsizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edib.
Baki-xeber.com