Cümə axşamı günü, 05 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Fikir, söz və məlumat azadlığı demokratiyanın əsas göstəricisi kimi
Tarix: 12.12.2015 / 01:23
Bölmə: Gündəm
"Əgər güclü ictimai nəzarət olmasa, əgər Azərbaycanda azad cəmiyyət formalaşmasa, bizim iqtisadi uğurlarımızın gələcəyi olmayacaq, ancaq müvəqqəti xarakter daşıyacaqdır. Ona görə də son illər ərzində Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin.
Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur". İlham Əliyev.
Fikir, söz və məlumat azadlığının təmin olunması səviyyəsi hər bir dövlətin aynasıdır desək, yəqin ki, yanılmarıq. Çünki demokratiyanın ən ümdə göstəricisi olan bu prinsiplər dövlətin, xalqın hərtərəfli inkişafında, orada sivil cəmiyyətin formalaşmasında mühüm rol oynayır.
Bu gün hər bir müstəqil cəmiyyətdə kütləvi informasiya vasitələri fikir, söz və məlumat azadlığına söykənir. Müasir dünyada sözügedən prinsiplər hər bir ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirən əsas elementə çevrilib.
Söz və mətbuat azadlığı demokratikləşmənin prioritet xəttidir. Demokratik inkişafı şərtləndirən ən mühüm dəyərlərdən biri də kütləvi informasiya vasitələrinin müstəqilliyinin, o cümlədən mətbuat, söz, fikir azadlıqlarının yüksək səviyyədə təminatıdır. Bu azadlıqlar cəmiyyətdə sosial məsuliyyəti, şəffaflığı, siyasi plüralizmi, tolerantlığı şərtləndirir. Kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən qüdrətli vasitələrdən biri olaraq ictimai rəyin formalaşmasında, habelə ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır.
Azərbaycan fikir, söz və məlumat azadlığını qoruyan, mətbuatın azadlığına hörmətlə yanaşan, plüralizmin inkişafına önəm verən ölkələrdəndir. Burada azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir.
Kütləvi informasiya vasitələri cəmiyyətin inkişafına ciddi təsir göstərir, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirir, bununla da siyasi sistemin tərkib hissəsini təşkil edir. Məhz kütləvi informasiya vasitələri cəmiyyətin fikrini, inamını və fəallığını formalaşdıraraq onları istiqamətləndirir. Bu mənada kütləvi informasiya vasitələri dördüncü hakimiyyət hesab olunur.
Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti və inkişafı üçün bütün şərtlər var. Əsası hələ 1875-ci ildə "Əkinçi" qəzeti ilə qoyulan Azərbaycan milli mətbuatı zəngin inkişaf yolu keçib. İlk dəfə müstəqillik qazanıb Azərbaycan Demokratik Respublikasını qurmaqla ölkəmiz mətbuatın dinamik inkişafına münbit şərait yaranıb.
Demokratiya azad mətbuatsız mövcud ola bilməz
Demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək inamla irəliləyən Azərbaycanın müstəqillik əldə etdikdən və ictimai-siyasi stabillik yaradıldıqdan sonra atdığı ilk addımlardan biri ölkənin davamlı inkişaf strategiyasının müəyyən edilməsi və demokratik islahatların həyata keçirilməsi oldu. Bunun üçün müasir jurnalistikanın və milli mətbuatın inkişafı, kütləvi informasiya vasitələrinin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi kimi mühüm işlər görüldü.
1995-ci il noyabrın 12-də referendumda qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin fikir və söz azadlığı, qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ təsbit olundu, informasiya azadlığına təminat verildi.
Konstitusiyanın 47-ci maddəsi isə ölkəmizdə fikir və söz azadlığının təminatı məsələsini özündə ehtiva edir. Həmin maddədə göstərilir ki, "hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir".
1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdikdən qısa bir müddət sonra - 1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyevin "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzalaması ilə ölkədə senzura ləğv olundu. Beləliklə, ölkəmizdə söz və mətbuat azadlığının yüksək səviyyədə qorunması tam təmin edildi.
Hazırda Azərbaycan Respublikasında 5000-dən artıq kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Ölkəmizdə xeyli sayda jurnalist təşkilatları və ictimai birlikləri fəaliyyət göstərir. Hökumət kütləvi informasiya vasitələrinin müstəqilliyinin dəstəkləmək və onların maddi-texniki bazasını möhkəmləndirmək üçün mətbuat orqanlarının vergi yükünü azaldır, qəzet redaksiyalarına kreditlər ayrıır, qəzetlərin borclarını dövlət vəsaiti hesabına silir, aparıcı kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərir, jurnalistləri mükafatlandırır və bununla da ölkədə fikir və söz azadlığının təmin olunmasını stimullaşdırır.
Hər bir ölkənin demokratik prinsiplərlə inkişaf etməsi üçün fikir, söz və mətbuat azadlığı mütləq şərtdir. Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi cəhətdən təmin olunur və qorunur. Dövlət siyasətinin prioritet istiqamətinə çevrilən fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsi Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapıb.
Müasir informasiya və telekommunikasiya texnologiyalarının inkişafı, cəmiyyətin həyatında kütləvi informasiya vasitələrinin rolunun güclənməsi jurnalistlərin peşəkar qabiliyyətlərinin artırılmasını zəruri edir. Çünki məhz jurnalist insanların obyektiv informasiya əldə etmək hüququnu təmin edən subyekt kimi çıxış edir.
Bunu nəzərə alaraq dövlət kütləvi informasiya vasitələrinin inkişafına dəstək göstərir və bununla da vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunu artırmağa, fikir, söz və məlumat azadlığını inkişaf etdirməyə, kütləvi informasiya vasitələrinin müstəqilliyini təmin etməyə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmağa nail olmaq istəyir.
Kütləvi informasiya vasitələri hakimiyyətin fəaliyyəti haqqında cəmiyyəti məlumatlandıran və ictimai fikrə təsir edən ən mühüm vasitədir. Müasir kütləvi informasiya vasitələri nəinki dünya hadisələrini işıqlandırmaqla yanaşı, həm də informasiyanı hərtərəfli təhlil edir və məqsədli şəkildə istifadəçilərə çatdırır, beləliklə, insanların şüuruna güclü təsir göstərir.
Bundan başqa, kütləvi informasiya vasitələri maarifləndirmə, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğində də əsas rol oynayır.
Bunu nəzərə alaraq, Azərbaycan qarşısına məqsəd qoyub: kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlətin maraqlarını tarazlaşdırmaq. Məqsəd onların sosial təsisatların və cəmiyyətin obyektiv məlumatlandırılması funksiyasını səmərəli yerinə yetirə bilməsini təmin etməkdən, tarazlığa nail olmaqdan, plüralizmin daha intensiv inkişafına şərait yaratmaqdan ibarətdir.
Hər bir cəmiyyətdə azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir, təbii ki, Azərbaycan da istisna deyil. Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil
"Mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm." İlham Əliyev
Düşmən susdurulur
Bu gün Azərbaycan informasiya müharibəsində tərəf kimi çıxış edir. Rəqib isə Azərbaycanın Dağlı Qarabağ və yeddi ətraf rayonunu işğal edən Ermənistandır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə Azərbaycan mətbuatı birmənalı mövqedən çıxış edir: dünya ictimaiyyətinə düzgün informasiya vermək və Azərbaycan həqiqətlərini doğru və dolğun şəkildə çatdırmaq.
Bədnam erməni təbliğatına qarşı mübarizədə Azərbaycan mətbuatının rolunu yüksək qiymətləndirmək olar. Çünki məhz kütləvi informasiya vasitələrinin hərtərəfli və müxtəlif dillərdə yaydığı məlumatlar əsasında dünya birliyi Ermənistanın iç üzünü görür, Azərbaycanın haqlı mövqeyinə dəstək verir.
Bu gün Azərbaycanın efir məkanında televiziya kanalları milli-mənəvi dəyərlərin təbliği, ictimai əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi, vətənpərvərlik, uşaqların və yeniyetmələrin intellektual inkişafı və digər sahələr üzrə keyfiyyətli maarifləndirmə proqramları nümayiş etdirmək iqtidarındadırlar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən muğam müsabiqələri zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə mühüm töhfə hesab olunur.
Ancaq bununla yanaşı, ictimai, siyasi, sosial, iqtisadi, mədəniyyət məsələləri ilə bağlı ciddi proqramların, jurnalist araşdırmalarının səviyyəsi müasir tamaşaçının tələblərinə cavab vermir. Azərbaycan tamaşaçısı radio və televiziya kanallarından ölkəmizdə və dünyada baş verən taleyüklü hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiya çatdırılmasını, onların yüksək peşəkarlıqla şərh edilməsini, maarifləndirmə xarakterli keyfiyyətli verilişlər gözləyir.
Bunu nəzərə alaraq ümid etmək olar ki, teleradio qurumları fəaliyyətlərini yeni dövrün tələblərinə uyğun quraraq cəmiyyətin aktual problemlərinə diqqəti artıracaq, tamaşaçıların və dinləyicilərin informasiya tələbatını ödəyəcək, müxtəlif peşə sahibi və sosial təbəqədən olan insanların zövqünə və maraqlarına cavab verən cəlbedici proqramlar hazırlayacaqlar.
Söz və məlumat azadlığı, fikir plüralizmi insan hüquq və azadlıqlarının başlıca elementi kimi müasir cəmiyyətlərin demokratik inkişafının əsas parametrlərindən birini təşkil edir. Bunu nəzərə alaraq bu gün ən aktual məsələlərdən biri kütləvi informasiya vasitələrinin fəaliyyəti istiqamətində yeni qanunların yaradılması və mövcud qanunvericilik bazasının sivil cəmiyyətlərin tələblərinə uyğunlaşdırılmasıdır.
Beləliklə, bu gün Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində bütün zəruri addımlar atılıb və atılmaqda davam edir. Çünki unutmamalıyıq ki, xalqın azad şəkildə özünüifadəsi yalnız inkişafa, tərəqqiyə, demokratiyaya xidmət edir.
Aynur KƏRİMOVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
SON XƏBƏRLƏR
05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...
05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...
05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...
05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"
05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"
- Prezident
05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...
05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...
05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir
05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...
05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...
05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır
- müqaviləsi imzalandı
05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı
05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı
04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…
04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir?
- DOSYE
04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan...
Qalmaqal...
04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...
04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...
04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...
04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...
04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir...
Guya...
04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...
04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı...
Hicab da olacaq?
04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...
04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...
04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı
- Paşinyan rəqiblərini məhv edir...
04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb?
- YENİ FAKTLAR...
04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü -
hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...
04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb
04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi -
fövqəladə hökumət qurulur...
04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir
04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır
04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi
04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?
04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?
04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi
04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...
04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi
04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..
04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi
04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi
04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu
04.11.2026 / 15:40
Hersoq qərar verəcək -
Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...
04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir"
- Paşinyan
04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır"
- Sahil Babayev
04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya
- ifrat sağçı dalğa artıq dağılır…
04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq
- boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...
04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib
04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi
- amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...
04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...
04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər
– İDDİA…
04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...
04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...
04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı -
Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir
04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub
- FOTO
04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır"
- Nazir
04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar
- FOTO
04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti
- bir nəfər barəsində qətimkan tədbiri seçildi...
04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır
- 946-dan 1200-ə...
04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı...
Sifarişlər dayandırıldı...
04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı -
"Mən olsaydım..."
04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...
04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi
- 1932-ci ildən bəri ilk fakt...
04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı -
Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi
04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi
- qanunsuz ödəniş tələblərinə inanmayın...
04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi
04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi
04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi
- nəticələri qəbul etməyə hazıram...
04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...
04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...
04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu...
Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ
04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb
04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi
03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir”
- dünyanı hədələyən təhlükə...
03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu
- "Patriot" verin, əvəzində istədiyinizi edim...
03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...
03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı
03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb...
"cənab Veto"
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ