Suriya prezidenti Bəşər Əsəd bu dəfə sensasion açıqlama ilə çıxış edib. "İnterfaks”ın xəbərinə görə, Əsəd terrorçularla danışıqlara getməyə onu vaşinqton və Ər-Riyadın məcbur etdiyini deyib.
"Onlar Suriyanın terrorçularla danışıqlara getməsini istəyir və mən düşünmürəm ki, hansısa ölkə bu şərtə razılaşar” – deyə Əsəd müsahibəsində bildirib. Onu da deyib ki, "müxalifətlə danışıqlara getməyə hazırdır, lakin o baxır kimləri müxalifət qismində qəbul edəcəyinə”.
Baki-xeber.com