Vəkil bildirib ki, X.İsmayılova ilə görüşmək üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbərliyinə müraciət etsə də, hələlik müraciətinə cavab ala bilməyib: "Görüşlə bağlı Penitensiar Xidmətin rəhbərliyinə 10 gündən artıqdır ki, müraciət etmişəm. Amma hələlik müraciətə cavab verilməyib. Cavab veriləndən sonra X.İsmayılova ilə görüşüb detalları müzakirə etdikdən sonra şikayəti məhkəməyə təqdim edəcəyəm".
Xatırladaq ki, X.İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7,5 il müddətində azadlıqdan məhrum edilib.
Jurnalist Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilib.
Hökmdən narazı qalan X.İsmayılova apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.