İnterpolun saytında 28 yaşlı Rusiya vətəndaşı, İŞİD cəlladı Anatoli Zemlyankanın axtarışa verilməsi barədə məlumat yerləşdirilib. Bu barədə baki-xeber.com Gazeta.ru saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, şübhəli şəxs Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət təqibinə alınıb və onun tutularaq cəzasını çəkməsi yönündə tədbirlər görülür. Məlumatda onun "qırmızı çevrə”yə daxil edildiyi deyilir. Bu isə o deməkdir ki, cəllad xüsusilə ağır cinayətin törədilməsində şübhəli bilinir və harada olmasından asılı olmayaraq dərhal həbs olunmalıdır.
Zemlyanka barəsində qanunsuz silahlı dəstəyə qoşulma maddəsilə cinayət işi açılıb. İŞİD sıralarında "Cihadı Tolik” ləqəbilə tanınan cəlladın hələ məktəb yaşlarından nasizmi dəstəklədiyi deyilir.