Suriyada Rus ordusuna aid döyüş təyyarələri Hələbin quzeyində müxaliflərin İŞİD-ə və PKK-nın savaşçı qanadı PYD-yə qarşı mövqe tutduğu cəbhə xəttini bombalayıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir.
Şam cəbhəsi üzrə mətbuat yetkilisi Əbu Mahmud Nasir AA müxbirinə bildirib ki, Rus döyüş təyyarələri Hələbin Kafra kəndində müxaliflərin mövqelərinə və əlaqə yollarına havadan zərbələr endirib. Nasirin sözlərinə görə, Tel-Rıfat və Aziz yaşayış məntəqələrinin bombalandığı döyüşdə Rus təyyarələri müxaliflərə İŞİD-lə eyni anda hücum edib. Bununla belə, müxaliflərin Hamza kəndini İŞİD-in nəzarətindən çıxara bildiyini deyən Nasir "Azizin güneyindəki Kafra kəndində müxaliflərlə İŞİD arasında şiddətli döyüş başladı. İŞİD bombalı maşınla müxaliflərin mövqeyinə hücum etdi. Döyüşdə Şam cəbhəsinin iki sahə komandiri həyatını itirdi, çox sayda yaralanan oldu. Müxaliflərin İŞİD-ə hücum etməsilə Rus təyyarələri də müxaliflərin mövqelərini bombalamağa başladı” – deyə döyüş səhnəsi barədə ətraflı bilgi verib. Bununla yanaşı Rus təyyarələrinin Hələbin quzeyindəki Tel Acar kəndində müxaliflərin PYD-yə qarşı mövqelərini də bombaladığını deyən Nasir, yaralananlar olmasa da, İŞİD-in olduğu bölgələrə gedən yolların tamamilə dağıdıldığını bildirib.