Finlandiyanın sərhəd xidməti hava sərhədlərinin bilinməyən helikopter tərəfindən pozulduğunu bəyan edib. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, hava gəmisinin Rusiya Federasiyası istiqamətindən gəldiyi bildirilib.
Sərhədçilərin sözlərinə görə, helikopter Finlandiya hüdudlarını 9 kilometrə qədər aşaraq ölkənin içərilərinə doğru uçub. Yalnız Finlandiya HHQ-nin xəbərdarlığından sonra hava aparatı kursunu dəyişərək Rusiya ərazisinə qayıdıb. Yerli "Yle” telekompaniyası helikopterin Finlandiya ərazisində 6 dəqiqə qaldığını xəbər verib.