Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Türkiyəyə ölkə ərazisində ruslara qarşı terakt hazırlanması barədə xəbərdarlıq edib. Bu barədə baki-xeber.com RİA”Novosti”yə istinadən bildirir.
Türkiyənin "”Habertürk” qəzeti bu gün xəbər verib ki, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi ölkədə rusiyalı turistlərə qarşı zorakılıq aksiyalarının hazırlandığı barədə xəbərdarlıq edib. Xəbərə görə, bu məqsədlə Türkiyəyə 3 fələstinli göndərilib. Xəbər barədə Türkiyənin bütün 81 əyalətində polis orqanları məlumatlandırılıb. Rusiyanın Ankaradakı səfirliyi isə bildirib ki, artıq burada rusiyalı turist qalmayıb və hamısı ölkəsinə göndərilib.