Ağ başlı nəhəng qartal ABŞ prezidentliyinə namizəd Donald Trampı qorxudub. Baki-xeber.com-un kommersant.ru-ya istinnadən xəbərinə görə, hadisə biznesmenin ofisində baş verib.
"Time” jurnalına çəkilişlər aparmaq məqsədilə ABŞ-ın milli simvolu – 27 yaşlı "Sem dayı” ləqəbli qartalı ofisə gətirərək Trampla yanaşı stolun üzərinə qoyublar. Fotoqrafın istəyi ilə Trampın quşa bir qədər yaxınlaşmaq istəməsi "Sem dayı”nın xoşuna gəlməyib və o, iti dimdiyi ilə biznesmenin ona tərəf uzanmış əlini dimdikləyib. Buna baxmayaraq çəkiliş davam etdirilib. Bu dəfə biznesmenə milli simvolu əlində tutmaq təklif olunub. Lakin qartal bu anda da burada kimin söz sahibi olduğunu göstərib. Belə ki, bu dəfə o, Trampın başını dimdikləyib və daha sonra qanadı ilə başına vuraraq saç düzümünü pozub.