çərşənbə günü, 17 iyun 2026
     

Çində Azərbaycanın ərazi bütövlüyünə “vahid Çin” cavabı… (FOTO)

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Pekində Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri (parlament sədri) Can Decian ilə görüşüb. Prezident İlham Əliyevi ölkəsində salamlayan Can Decian dövlətimizin başçısını rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik etdi. O, Azərbaycan Prezidentinin Çinə dövlət səfərinə böyük əhəmiyyət verildiyini dedi, bu səfərin gələcək əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini bildirdi.

Can Decian Çinin ölkəmiz ilə dostluq münasibətlərinin dərinləşməsinə böyük önəm verdiyini, Azərbaycanın Cənubi Qafqazda Çinin mühüm tərəfdaşı olduğunu vurğuladı. Ölkələrimiz arasında qarşılıqlı etimadın mövcudluğunu, mühüm məsələlərdə Azərbaycanın və Çinin hər zaman bir-birinin yanında olduqlarını deyən parlamentin sədri Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə dəstək verdiyini bildirdi, Azərbaycanın da "Vahid Çin” məsələsində göstərdiyi dəstəyi yüksək qiymətləndirdi. Ölkələrimizin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiklərini deyən Can Decian Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini, respublikamızda sabitliyin hökm sürdüyünü, "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğurla icra edildiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev Çinə səfərindən məmnunluğunu bildirdi, bu səfərin Azərbaycan-Çin əməkdaşlığının gələcək inkişafında mühüm mərhələ olacağını dedi. Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrikinə görə Can Deciana minnətdarlıq edən dövlətimizin başçısı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında uzun illərdir fəal əməkdaşlığın aparıldığını bildirdi. Prezident İlham Əliyev Çinə dövlət səfərinin ikitərəfli əməkdaşlığın gələcək inkişafına təkan verəcəyinə əminliyini ifadə etdi. Ölkələrimizin siyasi və iqtisadi sahələrdə uğurla əməkdaşlıq etdiyini deyən dövlətimizin başçısı qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini, ölkəmizin bu layihədə mühüm tranzit iştirakçıya çevrilməsinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin Asiya İnfrastruktur İnvestisiyaları Bankı və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq etdiyini dedi.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundu, Çinin bu problemin ölkəmizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi, Ermənistanın münaqişənin həlli ilə bağlı BMT-nin qəbul etdiyi qərar və qətnamələri yerinə yetirmədiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Azərbaycanın da "Vahid Çin” prinsipinə dəstək verdiyini, ölkələrimizin beynəlxalq terrorizm, təcavüzkar separatizm kimi təhlükələrə qarşı eyni mövqedən çıxış etdiyini bildirdi.

Görüşdə parlamentlərarası əlaqələr, regional, humanitar, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.


Azərbaycandan keçəcək yol Çin mallarının Avropaya çatdırıla biləcəyi ən qısa yol ola bilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Keçyan ilə görüşü olub. Azərbaycan Prezidenti və Çinin Dövlət Şurasının Baş naziri rəsmi foto çəkdirdilər.

Dövlət Şurasının Baş naziri Li Keçyan Azərbaycan Prezidenti İlham Əliyevi Çində görməkdən məmnun olduğunu dedi. O, ölkələrimiz arasında diplomatik münasibətlər yaranandan ikitərəfli əlaqələrimizin inkişaf etdiyini və bu səfərin də əməkdaşlığın genişlənməsinə yeni təkan verəcəyini vurğuladı. Dövlət Şurasının Baş naziri Çin şirkətlərinin əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri, böyük enerji potensialı olan Azərbaycanda infrastruktur, istehsal, energetika, dəmir yolu və texnoparkların yaradılması sahələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirdi. O, ölkəsinin Azərbaycanın təbii sərvətlərinin işlənilməsində, neft-qaz emalı sahəsində yaxından iştirak edə biləcəyini diqqətə çatdırdı. Li Keçyan humanitariya, təhsil, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin mümkünlüyünü qeyd etdi.

Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, Çinə dövlət səfərinin nəticələri ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq. Azərbaycanın Çin ilə əməkdaşlığa böyük önəm verdiyini deyən dövlətimizin başçısı ölkələrimiz arasında fəal siyasi əlaqələrin olduğunu, beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edildiyini diqqətə çatdırdı. Azərbaycanın Çin ilə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə də əməkdaşlıq üçün yaxşı potensialın olduğunu vurğuladı, Çin şirkətlərini investor və podratçı qismində Azərbaycanda fəaliyyət göstərməyə dəvət etdi.

Dövlətimizin başçısı Azərbaycanın sənaye istehsalında, texnoparkların yaradılmasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd etdi. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı Azərbaycanın da qədim İpək Yolu üzərində yerləşdiyini dedi, Çin mallarının ölkəmizdən Türkiyəyə, oradan da Avropaya çıxarılmasında respublikamızın əlverişli coğrafi mövqeyə, infrastruktur imkanlarına malik olduğunu bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycandan keçəcək yol Çin mallarının Avropaya çatdırıla biləcəyi ən qısa yol ola bilər. Bu sahədə Azərbaycan öz töhfəsini verməyə hazırdır. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub tranzit dəhlizi layihələrində mühüm rol oynaya bilər və artıq bu sahədə konkret addımlar atır.

Prezident İlham Əliyev ölkəmizdə nəqliyyat infrastrukturuna fəal şəkildə investisiya yatırıldığını, bunun həm də qonşularımız və tərəfdaşlarımız üçün faydalı olacağını qeyd etdi. Dövlətimizin başçısı informasiya-kommunikasiya texnologiyaları, investisiya qoyuluşu, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirdi.

Siyasi sahədə də əlaqələrimizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev mühüm məsələlərdə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına "Dialoq üzrə tərəfdaş” statusunda qoşulduğunu vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritet sahələrindən biridir. Bundan əlavə, ölkələrimiz BMT-də və digər beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edir.


İlham Əliyev Çin Xalq Respublikasının Sədri ilə görüşüb

Dekabrın 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış ediblər.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

SON XƏBƏRLƏR

17.06.2026 / 19:35
Britaniya Baş nazirinin iki əmlakı və avtomobili yandırıldı - arxasından Rusiya kəşfiyyatı çıxdı...

17.06.2026 / 19:09
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda meyvə bağları ilə tanış olublar - FOTO

17.06.2026 / 19:02
Mingəçevir Dövlət Universitetində nəticəyönümlü akademik fəaliyyətin qiymətləndirilməsi üzrə rəqəmsal idarəetmə modeli istifadəyə verilib

17.06.2026 / 18:46
“Psixiatriya yardımı haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarıldı - FOTO

17.06.2026 / 18:29
"907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır" - XİN rəhbəri

17.06.2026 / 18:16
Lukaşenko artıq Avropanın onu diktator hesab etmədiyini deyir – o dövr çoxdan geridə qalıb...

17.06.2026 / 17:45
Bakıda xarici narkotacirlərlə işləyən şəxs yaxalandı - 51 kq marixuana, 2000 ədəd həb...

17.06.2026 / 17:31
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

17.06.2026 / 17:25
Deputat Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib

17.06.2026 / 17:18
Paşinyan bir müxalifət liderindən başqa digərlərini məhv etmək istəyir - Sarkisyan niyə "gözüqara" olub...

17.06.2026 / 17:03
"Azərbaycanın kritik mineral ehtiyatlarının 80 faizdən çoxu işğaldan azad edilmiş ərazilərdədir" - Nazir

17.06.2026 / 17:01
Əraqçi Lavrovu İran-ABŞ memorandumunun təfərrüatları barədə məlumatlandırdı

17.06.2026 / 16:46
“Köhnə çamadanlar” Adana tamaşaçısı ilə görüşdü

17.06.2026 / 16:45
Üç dövlət Ermənistana Rusiya müdaxiləsinin qarşısını almaq üçün addım atır...

17.06.2026 / 16:27
Banklar ipoteka-mənzil satışında ağlasığmaz süründürməçiliyə yol verir...

17.06.2026 / 16:14
Tramp Fransada yeni “planını açdı” - Suriyanı, Türkiyəni və Hizbullahı bir - birinə vurdurmaq...

17.06.2026 / 16:07
Maşınların icbari sığortasının yeni qaydalarında ziddiyyətlər var...

17.06.2026 / 15:55
Yeni idarəetmə orqanı -medianın iqtisadi mütəqilliyi üçün yeni mənbələr necə açılacaq?...

17.06.2026 / 15:53
Prezident səhiyyə işçilərini təltif etdi

17.06.2026 / 15:44
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərənin Baş planı ilə tanış olublar - FOTO

17.06.2026 / 15:38
MEDİA və İƏT Xəbər Agentlikləri Birliyi media sahəsində əməkdaşlığı müzakirə edib - FOTO

17.06.2026 / 15:31
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib - FOTO

17.06.2026 / 15:07
Prezident İlham Əliyev Məhəmməd Süleyman Əl-Casiri “Dostluq” ordeni ilə təltif etdi

17.06.2026 / 14:49
Avroittifaq Ermənistanla "Əlahiddə ticarət tədbirlərinə" başladı - Rusiyanın acığına...

17.06.2026 / 14:46
Tramp 3 noyabradək ən azı Rusiya-Ukrayna memorandumu imzalamağı hədəflədi...

17.06.2026 / 14:43
Hökumət əhalinin Bakıdan regionlara axını üçün hərəkətə keçdi...

17.06.2026 / 14:33
Azərbaycanın Ermənistanla qaz ticarəti başlamamış Rusiya hərəkətə keçib...

17.06.2026 / 14:30
Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalıya səfəri başlayıb - FOTO

17.06.2026 / 14:27
Rusiya Ermənistan üçün daha əvvəlki Rusiya deyil...

17.06.2026 / 14:20
Bu şəxslər 20 illik gəlir vergisindən azad edilir...

17.06.2026 / 14:16
NATO sammiti ərfəsində Türkiyə-Rusiya münasibətlərində sərinlik başlayıb...

17.06.2026 / 14:12
Erməni toyları sürətlə “azərbaycanlılaşır”... Baxın necə...

17.06.2026 / 13:32
Aİ Rusiyanın Ermənistana təzyiqlərini azaltmaq üçün hərəkətə keçdi – ancaq ortada çətin problemlər də var...

17.06.2026 / 13:10
Kolumbiya səfiri "ASAN xidmət"dən sürücülük vəsiqəsi aldı...

17.06.2026 / 12:47
"Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır" - Əhliman Əmiraslanov

17.06.2026 / 12:39
İranın şansı gətirdi - ərəb ölkələrinin maliyyəsi hesabına gücünü bərpa edəcək...

17.06.2026 / 12:32
Finlandiyadan təklif - Avropa çimərlikləri ruslara qadağan edilsin...

17.06.2026 / 11:55
İran sazişi ABŞ administrasiyasını parçaladı - Tramp üç naziri istefaya göndərə bilər...

17.06.2026 / 11:30
Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan vəzifəlilərdən YENİ XƏBƏR VAR...

17.06.2026 / 11:18
Kılıçdaroğlunun arxayın davranışı suallara yol açdı - Özel qərarlıdır...

17.06.2026 / 11:13
"ABŞ-İran anlaşma mətni Tehranın onu uğurlu kimi təqdim etməsi üçün qeyri-müəyyən saxlanıb" - CNN

17.06.2026 / 11:07
ABŞ İsrailin tələbini rədd etdi - İran sazişinin mətni Təl-Əvivdən gizlədilir...

17.06.2026 / 10:46
İİB Qrupunun Bakı Forumunda 4,7 milyardlıq azı 32 saziş imzalanacaq...

17.06.2026 / 10:37
Bərdədə qadın 10 kiloqramdan artıq narkotiklə tutuldu

17.06.2026 / 10:22
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib - FOTO

17.06.2026 / 10:11
Köçəryanın həbsi üçün düyməyə basıldı – toxunulmazlığı ləğv edilir...

17.06.2026 / 10:01
Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox investisiya yatırılıb

17.06.2026 / 09:42
Bakı-Sumqayıt yolunda faciə: hüquqşünasın qızı qəzada öldü

17.06.2026 / 09:32
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı

17.06.2026 / 09:25
Əli Əsədova “Bright Uzbekistan” jurnalının xüsusi buraxılışı təqdim olundu

17.06.2026 / 09:14
G7-dən Kiyevə dəstək, Moskvaya sanksiya mesajı – Rusiyanın neft-qaz sektoru hədəfdə...

17.06.2026 / 08:42
ABŞ Senatı Trampın müharibə səlahiyyətləri qətnaməsini 7-ci dəfə rədd etdi

17.06.2026 / 08:42
Rusiya freqatı La-Manş boğazında Britaniya yaxtasına atəş açdı...

17.06.2026 / 08:40
İtaliya Baş naziri maraqlı etiraf etdi - G7 liderləri alqışladı

17.06.2026 / 08:22
Rəşid Əzimovun xatirəsinə “Əbədi İşıq” sərgisi keçirildi

17.06.2026 / 07:20
FTB Ağ Evin yaxınlığında tədbirə dron hücumunun qarşısını aldı

17.06.2026 / 07:08
Roma bazilikasında İtaliya Baş nazirinin surəti görənləri şoka saldı

16.06.2026 / 22:45
Makron və Zelenski Tramp haqqında dedi-qodu edərkən yaxalandılar - mikrofonlar açıq qaldı...

16.06.2026 / 22:30
ABŞ-İran sazişi Cenevrədə yox, Bürqenştokda imzalanacaq – rəsmən təsdiqləndi...

16.06.2026 / 22:11
Orta maaşa görə qonşularla müqayisədə belə vəziyyətdəyik - çıxış yolları...

16.06.2026 / 21:44
İranla Cenevrə sazişini Tramp şəxsən imzalaya bilər - Xamneyi gələrmi?...

16.06.2026 / 21:26
Paşinyan sabiq prezident Sarkisyanı “Kaluqalının kuklası” adlandırdı...

16.06.2026 / 21:15
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçirilir - “Qafqaz Qartalı - 2026”...

16.06.2026 / 21:03
Putinin Ermənistana münasibəti Avropanı daha da qorxutdu - xüsusi elçi pul və ticarət vədləri ilə gəlir...

16.06.2026 / 20:47
Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib

16.06.2026 / 20:28
Tramp Suriyanın Livanda “Hizbullah”a qarşı müharibəyə başlamasını təklif etdi...

16.06.2026 / 20:20
Naxçıvan üçün Tramp da məsul olacaq - Əliyevin növbəti xatırlatması...

16.06.2026 / 19:52
Yoldaşlarını mühasirədən xilas edərək özü şəhid oldu -Namazov Orxan Ceyhun oğlu...

16.06.2026 / 19:20
“Azərbaycanla sülh Ermənistanda iqtisadi inkişafa yeni təkan verib” - Paşinyan

16.06.2026 / 19:06
Hakan Fidan Lavrovla Bakı və İrəvan arasındakı sülh prosesini müzakirə edib

16.06.2026 / 18:59
ABŞ miqrant probleminə çarə tapdı - dünyanın ən kasıb və problemli ölkəsi…

16.06.2026 / 18:58
Vüqar Rəhimzadə: Dayanıqlı media mühitinin yaradılması bütün dövrlər üçün öz aktuallığını qoruyur

16.06.2026 / 18:56
XXI Əsrin Qadınları” İB İsmayıllıda tədbir keçirib

16.06.2026 / 18:49
Binəqədidə evdən pul və qızıl oğurlayan şəxs yaxalandı

16.06.2026 / 18:40
Azərbaycanda yeni media qurumuna əvvəlkindən fərqli üstün səlahiyyətlər verilir...

16.06.2026 / 18:39
Cənubi Koreya millisi medianı boykot qərarı verdi - Dünya Kuboku bitənə kimi…

16.06.2026 / 18:26
QHT-lər ABŞ Nümayəndələr Palatasına etiraz məktubu göndərdi - Azərbaycanın buna haqqı var...

16.06.2026 / 18:12
Ermənilərin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdir... - FOTO

16.06.2026 / 17:47
Köçəryanın ölkədən çıxışına imkan verilmədi, hava limanında sənəd yoxlanışı görüntüləri mediaya sız(dırıl)dı

16.06.2026 / 17:44
MM komissiyası Fransanın Azərbaycana qarşı çirkin siyasətini ifşa etdi - BƏYANAT...

16.06.2026 / 17:23
“Media haqqında” qanunda dəyişikliklər MM-in komitə iclasında müzakirə olundu

Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

XƏBƏR ARXİVİ