Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi və Sabunçu Rayon Polis İdarəsi 14-cü bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində "Müsəlman Birliyi Hərəkatı”nın daha bir üzvü, 1982-ci il təvəllüdlü Şirvanov Seyfəddin Nurulla oğlu saxlanıb. Baki-xeber.com bu barədə yerli sakinlərdən məlumat əldə edib.
Sabunçu Rayon Polis İdarəsindən bildiriblər ki, S.Şirvanov noyabrın 26-da ilahiyyatçı Taleh Bağırzadənin və 14 tərəfdarının həbsi ilə bağlı keçirilən xüsusi əməliyyatdan sonra Nardaranda kütləvi qarışıqlıq yaratmağa çağırışlar edib, qəsəbə sakinlərini açıq şəkildə hakimiyyəti zor gücünə zəbt etməyə və dövlətə qarşı fəaliyyətə qaldırmağa çalışıb.
Qeyd edək ki, Nardaran hadisələri ilə bağlı indiyədək tutulanların sayı 20-yə çatıb. Qəsəbədə əməliyyat davam edir.