"Forbes” jurnalının xəbərinə görə, keçmiş Çerkizov bazarının sahibi, Azərbaycan əsilli milyarder Telman İsmayılovun "Praqa” restoranı və "Tropikano” biznes-mərkəzi VTB bankın mülkiyyətinə keçib. Bu barədə baki-xeber.com kommersant.ru saytına istinadən xəbər verir.
Xəbərə görə, həmin obyektlər Şərqi İzmaylovodakı bina kompleksi ilə birlikdə banka girov qoyulubmuş. Bank məsələyə aydınlıq gətirməkdən imtina edib, "Forbes”in Telman İsmayılovun özü ilə əlaqə yaratması isə mümkün olmayıb.
Daha öncə verilən xəbərə görə, Moskvanın Arbitraj Məhkəməsi Bankın Telman İsmayılovun müflis olması ilə bağlı təqdimatına 21 dekabrda baxacaq. Xatırladaq ki, Arbitraj Məhkəməsi telman İsmayılova, qismən də oğlanları Ələkbər və Sərxana məxsus OOO KBF AST və "Ruslayn2000” kompaniyalarından 213,3 milyon tutulması barədə qərar çıxarmışdı.