Bu gün Cenevrədə keçirilən Qafqaz dinləmələri Gürcüstan nümayəndə heyətinin qaçqın problemi ni israrla müzakirəyə çıvarmaq istəməsi üzündən vaxtından əvvəl bitib. Baki-xeber.com bu barədə kommersant.ru saytına istinadən bildirir. "Gürcüstan nümayəndə heyətinin qaçqın problemini müzakirəyə çıxarmaqda israr etməsi işin gedişinə əngəl törətdi. O üzdən həmsədrlər müşavirəni vaxtından əvvəl yekunlaşdırmaq barədə qərar qəbul etdilər” – deyə Rusiya XİN-dən bildirilib.
Xatırladaq ki, 8-9 dekabr tarixlərində Cenevrədə Qafqaz regionu üzrə beynəlxalq diskussiyanın növbəti raundu baş tutub. BMT, ATƏT və AŞ-nin həmsədrliyi ilə keçirilən diskussiyada Abxaziya, Gürcüstan, Rusiya Federasiyası, ABŞ və Cənubi Osetiya iştirak edib. Tədbir iştirakçıları ümumilikdə regionda situasiyanı sabit qiymətləndirib.