Bildirilir ki, N.Rəhimov ziyarətgahda saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq həbs qətimkan tədbiri seçilib.
Sakinlər bildiriblər ki, axund da Nardaran hadisələrinə görə saxlanılıb.
APA-nın məlumatına görə, qəsəbə sakini Nadir Qədirov da saxlanıb. Polis əməkdaşları bu gün onun yaşadığı evdə axtarış aparıb. Axtarış nəticəsində evdən bir ədəd əl qumbarası aşkar edilərək götürülüb.