A.Layicov bildirib ki, C.Hacıyev hələ də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır: "Qanunvericiliyə əsasən, barəsində həbs-qətimkan tədbiri seçilən şəxs 24 saat müddətində istintaq təcridxanasına köçürülməlidir".
Cahangir Hacıyevin həbsindən verilən apelyasiya şikayətinə baxılmasının vaxtı da müəyyən edilib.
Aqil Layicovun verdiyi məlumata görə, apelyasiya şikayətinə dekabrın 10-da Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Şikayətə hakim Qədim Babayevin sədrliyi ilə baxılacağı bildirilir.
Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 309 (Vəzifə səlahiyyətlərini aşma), 312. (Rüşvət vermə (aktiv rüşvətxorluq)) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qərarla razılaşmayan C.Hacıyev həbs qərarından apelyasiya şikayəti verib.