"Kürən cihadçı” ləqəbli avstraliyalı terrorçu Abdulla Elmir Qərbin ünvanına bir sıra təhdidlər səsləndirib. Qeyd edib ki, "İslam dövləti”nin yolunu kəsənlərinin əlini kəsəcək. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Daily Mail” qəzeti yazır.
Bu cür təhdidləri terrorçu arvadı olduğu ehtimal edilən Amira Abazi adlı birisi ilə birgə işlətdiyi sosial şəbəkələrdəki səhifəsində paylaşıb. Amira Abazinin hələ məktəbli olduğu dövrdə terrorçu qrupa qoşulmaq məqsədilə Britaniyadan qaçdığı bildirilir. Sosial şəbəkədəki avatarkada Abdulla Elmir əlində АК-47 tutarkən görüntülənib. Yazı müəllifi bildirir ki, "Kürən cihadçı”nın akkauntu vasitəsilə İŞİD-in digər üzvlərinin də izinə düşmək olar. Misal kimi isə bu akkauntda iki terrorçunun Paris teraktını qeyd etdiyi videonun yerləşdirilməsini göstərir.
Nəşrin xəbərinə görə, İŞİD sıralarına qoşulana qədər Abdulla Elmir Sidneydə qəssab işləyib. Ötən ildən 18 yaşlı cihadçının İŞİD-i təbliğat videoları tez-tez internetdə yayımlanır.