İranın FARS dövlət agentliyi "İslam dövləti” terrorçu qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin Liviyaya yerləşməsi barədə xəbər yayıb. Bu barədə baki-xeber.com rus mətbuatının məlumatına əsasən bildirir.
Xəbərə görə, terrorçu qruplaşmanın başçısı İŞİD-ə qarşı koordinasiya mərkəzinin onun izinə düşməsi, hətta bir neçə dəfə onu məhv etməyə çox yaxın olması səbəbindən Bağdadı tərk edib. İran mətbuatı əl-Bağdadinin Liviyanın Siirt şəhərinə yerləşdiyi barədə xəbər yayıb. Müəmmər Qəddafinin doğulduğu bu şəhər hazırda "cihadçılar”ın nəzarətindədir.