Dünən Rusiya pezidenti Vladimir Putin Müdafiə naziri Sergey Şoyqunu qəbul edərək Suriyada vurulan qalmaqallı Su-24 haqqında əlavə bilgi alıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir.
Şoyqu Türkiyə sərhədini keçdiyi üçün vurulan təyyarənin "qara qutu”sunu Putinə göstərib. Putin "qara qutu”nun deşifrə olunması işinə xarici mütəxəssislərin cəlb olunması barədə göstəriş verib.