Milli Məclisin deputatı Qənirə Paşayeva Manisada şəhidin ailəsini ziyarət edib. Baki-xeber.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, Türk Ocakları millətçilərinin təşkil etdiyi konfransda iştirak üçün Manisanın Salihli kəndinə gələn millət vəkili terrorçularla atışmada həyatını itirən serjant Özgür Yataqdərənin ailəsilə görüşərək onlara başsağlığı verib.