Avropa Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha 6 ay uzatmaq barədə qərar qəbul edib. Baki-xeber.com-un kommersant.ru saytına iastinadən xəbərinə görə, bu barədə Le Monde nəşri xəbər yayıb.
Qeyd olunur ki, sanksiyaların uzadılması barədə qərar təşkilatın 17-18 dekabr tarixlərində baş tutacaq sammitinin gündəliyinə daxil ediləcək. "Həftənin sonuna kimi 28 ölkənin səfirləri Brüsseldə hazırlıq iclasında detalları razılaşdıracaq” – deyə mənbənin məlumatında bildirilir.
Nəşrin xəbərinə görə, bu səbəbdən AŞ-nin qarşıdakı toplantısında "böyük diskussiyalar” gözlənir. Bu barədə qərar aparıcı AŞ ölkələri ilə G20-lərin Antalya Sammiti çərçivəsində razılaşdırılıb. Qeyd olunur ki, prosesin "qapalılığı” Suriya probleminin çözümündə "xüsusi rol oynayan” Rusiyanın aşağılanmaması məqsədi güdüb. Qəzetin xəbərinə görə, hətta Almaniya kansleri Angela Merkel Moskvanın bir sıra müasir böhranların çözümündə önəmli pol oynaya biləcəyini qeyd edib.
Lakin Moskva ilə Fransanin əlaqələrinə artıq zərər vurmuş AŞ sanksiyalarının müddətinin uzadılması Fransada artan etirazlara səbəb olub. Fransa parlamentinin üzvü Nikolya Düpon-Enyan dərhal sanksiyaların qaldırılmasına çağırıb.