Türkiyə Silahlı Qüvvələri İŞİD, PYD və digər terror təşkilatlarının sərhədin Suriya tərəfində aktivləşməsinin Türkiyə üçün milli təhdid meydana gətirməsi və əcnəbi döyüşçülərin bu ölkəyə keçimələrinin qarşısını almaq üçün tədbirlərini artırır.
Baki-xeber.com milliyet.com.tr-yə istinadən xəbər verir ki, Türkiyə ordusu bu il Suriya ilə sərhəddə 54 ölkədən olan 909 əcnəbi döyüşçü saxlayıb. Saxlananların böyük əksəriyyətinin İŞİD terror təşkilatı ilə əlaqəsi olub.
Tutulan terrorçuların 324-nün Çin vətəndaşı olduğu müəyyənləşib. Siyahıda ikinci yerdə 98 vətəndaşı ilə Rusiya yer alır. Tutulan terrorçulardan 57-nin Əfqanıstan, 19-nun Almaniya, 17-nin Azərbaycan, 18-i Fransa, 81-nin Fələstin, 14-nün İsveç, 23-nün Tacikistan, 63-nün Türkmənistan, 19-nun İngiltərə, 44-nün İndoneziya əsilli olduğu müəyyən olunub.
909 terrorçunun 54 ölkədən olduğu aydın olub.