"Günəşli” yatağında baş verən yanğın nəticəsində Azərbaycanın üzləşdiyi faciə Rusiyadakı soydaşlarımızın diqqətindən kənarda qalmayıb. Baki-xeber.com-un xəbərinə görə, bu gün meyitləri tapılmış neftçılərimizin son mənzilə yola salındığı anlarda Moskvadakı soydaşlarımız Azərbaycanın Rusiya Səfirliyi qarşısında toplaşaraq mərhumların ruhlarına dualar oxuyub, yaralananlara Allahdan şəfa diləyib, meyiti hələ də tapılmayanların ruhlarının rahatlıq tapmasını diləyiblər. Qucaq-qucaq qərənfillərin düzüldüyü küçədə şamlar yandırılıb, neftçilərin rəmzi "kaska”ları qoyulub.