Nazirliyin mətbuat xidmətindən bildirilir ki, ermənilərin cəbhəboyu zonada gərginlik yaratmalarının səbəbini S.Ohanyan özü boynuna alır və bunun ölkəsindəki daxili siyasi, eləcə də regional gərginliklə bağlı olduğunu açıqlayır: "Uşaqların, qadınların, ahılların qətlinə əmr verən, özünündə zövqlə bu qanlı əməllərdə iştirak etməsini bəyan edən caninin heç bir mənəvi haqqı olmadığı halda ədəb-ərkandan, ləyaqətdən danışması da S.Ohanyanın döyüş meydanında ləyaqətini itirmiş tərbiyəsizin birisi olmasının göstəricisidir".
Nazirlyin açıqlamasında o da qeyd olunur ki, nazirin açıqlaması əlacsızlıqdan, çarəsizlikdən başını itirmiş birisinin hərəkətinə bənzəyir: "Əlində arqumenti olmayan şəxsin açıqlamalar edərkən təhqirə yol verməsi sadəcə acizliyin göstəricisidir. Çünkü ortaya qoyulası ağlabatan bir fakt olmadıqda cılızlar həmişə xainliyə, çığır-bağıra, təhqirə əl atmaq məcburiyyətində qalır. S.Ohanyanın bu fikirlərini psixioloji sarsıntılara məruz qalan xəstə təxəyyülün növbəti məhsulu kimi dəyərləndirilir. Onun Azərbaycana qarşı hədə-qorxu, təhdid dolu növbəti populist çıxışı erməni xalqının fikrini daxildəki, ordudakı ağır vəziyyətdən yayındırmaq məqsədilə atılan addım kimi qiymətləndirmək olar. Cəbhədəki vəziyyətlə bağlı ritorikası da boş danışıq və qeyri-ciddidir”.