Britaniya qəzeti "The Guardian” "İslam dövləti” terrorçu qruplaşmasının hərəkət planını dərc edib. Baki-xeber.com-un kommersant.ru saytına istinadən xəbərinə görə, qəzet 24 səhifəlik bu planın internetə sızdığını iddia edir.
Planda qruplaşmanın, əsasən, Suriya və İraqda ərazilərə nəzarət prinsipləri əks olunub. Nəşrin məlumatına görə, İraqda terrorçuların hərəkəti ABŞ və onun müttəfiqlərinin obyektlərinin məhvinə yönəlib. Suriyaya gəldikdə isə, bildirilir ki, İŞİD Bəşər Əsəd rejiminin dayaqlarının laxlamasında önəmli rol oynayıb. Terrorçu qruplaşmanın əsas maliyyə mənbələri kimi isə neft, qaz və qızıl göstərilir.