Dünən gecə saatlarında Moskvanın Pokrovka küçəsində avtobus dayanacağında terror aktı törədilib. Baki-xeber.com-un kommersant.ru-ya istinadən xəbərinə görə, partlayış əldədüzəlmə partlayıcı qurğu ilə törədilib. Nəticədə dayanacaqda olan 4 nəfər xəsarət alib. Hüquq-mühafizə orqanları, ilkin ehtimal kimi, partlayıcının hansısa evin pəncərəsindən və ya yoldan keçən maşından atıldığı versiyalarını araşdırır.
Fakt üzrə "Xuliqanlıq” maddəsi üzrə cinayət işi açılıb və cinayəti törədənlərin axtarışı ilə bağlı təxirəsalınmaz tədbirlərə başlanıb.