Cümə axşamı günü, 05 noyabr 2026
     

İctimai və dövlət maraqlarının müdafiəsi

Image


Dövləti və ictimai maraqlardan danışarkən ilk öncə dövlətin özünün mənşəyinə nəzər salmaq, yəni "dövlət nədir" sualına cavab tapmaq gərəkir. Bəlli həqiqətdir ki, bir dövlətin qurulması onun ilk öncə təşkilatlanmış toplumu - bir və ya bir neçə millətin ittifaqından ibarət cəmiyyətinin formalaşması ilə şərtlənir. Bu siyasi ittifaqın yaratdığı varlıq dövlət olaraq müəyyən idarəetmə üsuluna, qanunvericilik sisteminə, güc strukturlarına, atributlara və s. sahib olur və öz varlığını nəzarət etdiyi ərazinin bütün hissələrinə yayır.
Tarix boyu dövlət müvafiq ərazidəki cəmiyyəti idarə etmək mexanizminə sahib bir təşkilat kimi çıxış edib. Bu, dövlət anlayışı ilə bağlı ən sanballı elmi və ümumiləşdirilmiş tərifdir. Elə məhz yaradılışınin cəmiyyətə söykənməsi səbəbindən də cəmiyyətin maraqlarını dövlətin, dövlətin maraqlarını isə cəmiyyətin maraqlarından ayrı tutmaq mümkün deyil, çünki dövlətin əsas qayəsini ərazisinin, beləliklə də əhalisinin təhlükəsizliyinin, rifahının qarantı olmaq təşkil edir ki, bu da ictimaiyyətin ən əsas maraqlarına cavab vermək deməkdir. Beləliklə də cəmiyyət, öz maraqlarını qoruduğu halda, həm də dövlət maraqlarının qorunması işinə öz töhfəsini vermiş olur.
Müstəqil Azərbaycan dövləti, gənc olmasına baxmayaraq, zəngin dövlətçilik ənənələrinə malik bir ölkədir. Adətən zəngin irsə malik dövlətlər onu qiymətləndirməyi və qorumağı da bacarır. Azərbaycan da məhz bu qəbil ölkələrdəndir və minilliklərdən süzülüb gələn vətən, dövlət təəssübkeşliyi, sanki genetik kod kimi, nəsildən-nəslə ötürülərək heç bir şəkildə formasını və mahiyyəti dəyişmədən davam etdirilir. Təbii, istənilən cəmiyyətdə ona antipod olan, maddi marağı mənəviyyatını üstələmiş kəslər olur və heç bir cəmiyyət belə üzvdən sığortalanmayıb. Lakin ölkədə sağlam siyasi-sosial atmosfer olduqda tək-tük belələrinin ümumən topluma vura biləcəyi ziyan onun elə özünə vurduğu ziyan qədər olur. Yəni cəmiyyət öz antipodlarını bu və ya digər tərzdə çıxdaş etməklə əslində özü təmizlənir.
"Biz nadir bir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkənin həm dünəninə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır". Bu sözlər mərhum prezident, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevə aiddir. Məhz qurucusu olduğu üçün müasir Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılmasına böyük önəm verən bu böyük siyasət adamı ölkənin hər bir vətəndaşını fərd olaraq öz Vətəninin maraqlarından çıxış etməyə, zəngin keçmişi, bu günü və işıqlı gələcəyilə qürur duymağa çağırırdı. Onun zamanında səsləndirdiyi, hər bir vətənsevər azərbaycanlının dilində aforizmə çevrilmiş "Mən hər zaman fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam!" kəlmələri də elə bu duyğunun təcəssümü idi və bu deyimində mərhum prezident tam haqlı idi. Çünki onun memarı olduğu müasir Azərbaycanda bu gün bu qədim və zəngin dövlətçilik tarixinə malik ölkənin dəyərini bilən, onu ictimai maraqlar prizmasından qiymətləndirən bir cəmiyyət formalaşıb.
Yaşadığımız mürəkkəb geosiyasi və geoiqtisadi kataklizmlər dövründə dövlətçilik ənənələrinə sədaqət, dövlətə sayğı, qanunlara hörmət vətən təəssübkeşliyinin ayrılmaz hissələri kimi çıxış etdiyindən, ən yüksək dairələrdə təmsil olunan şəxslərdən tutmuş sadə insanına kimi ölkənin hər bir fərdinin bu həqiqəti qəbul edib dəyərləndirməsi günün tələbinə çevrilib. Dünyanın dörd bir yanında insan fəlakətlərinin yaşandığı, şəhər və kəndlərin viran qoyulduğu, böyük bir qaçqınlar ordusunun müharibələrdən canını götürüb qaçsa da dənizlərdə, yad torpaqlarda pərən-pərən düşdükləri doğmalarından ayrı həyata vida etdiyi, hər gün terror aktları nəticəsində yüzlərlə insanın ömür bağının qırıldığı, min bir işgəncə altında əsir və girovluqda hər gün ölüb-dirildiyi günümüzün reallıqlarıdır. Azad cəmiyyətdə yaşayan insan bütün bu dəhşətlərin fonunda malik olduğu xoşbəxtliyin miqyasını - stabil bir ölkənin vətəndaşı olmasının dəyərini daha yaxşı dərk edir və bunun da nəticəsində onda öz dövlətinə bir minnətdarlıq hissi formalaşır ki, bununla da o, dövlətinin maraqlarının qorunmasında daha aktiv iştirak edən fərdə çevrilir. Təbii, zaman-zaman dediyimiz antipodların ortaya çıxması halları da yaşanır ki, obrazlı desək, su saflığını qoruyan cəmiyyət, heç qanunlar işə keçmədən belə, onları yad cisimlər, çirkinlik kimi sahilə ataraq özündən kənarlaşdırır. Dediklərimizə konkret misal kimi bu günlərdə hamımızın şahidi olduğumuz Nardaran hadisələrini göstərə bilərik. Bu hadisələrin yaşanmasına səbəb olanlar birmənalı öz dövlətini sevməyən, ona dəyər verməyən, özünün və övladının gələcək taleyini digər ölkələrdən, yad toplumlardan gələn mücərrəd vədlərə bağlayan zəif iradəli insanlar idi ki, Nardaran əhalisi sadəlövh və qatı dindar toplum olduğundan, məhz buranı özlərinə poliqon seçmişdilər. Buradakı insanları qatı dindar kimi xarakterizə etməyim təsadüfi deyil. Məsələ burasındadır ki, tarix boyu bəzi çirkin məqsədlərin həyata keçirilməsi üçün dindən bir alət kimi istifadə olunub. Tarixdə bununla bağlı çoxsaylı misallar var. Nardaran məhz bu səbəbdən bəlli çevrələrin, sadə insanların etibarından yararlanaraq, öz niyyətlərini həyata keçirməsi üçün unikal məkan idi. Bakının digər qəsəbələri ilə müqayisədə Nardaranın daha artıq dindarlığı ilə seçilməsi, ifrat dinə qapanma bu kəndin sakinlərini xürafatın qaranlıqlarına apardığı kimi, kəndin özünü də qaranlıq işlərin həyata keçirilməsi üçün münbit məkana çevirmişdi. Lakin bütün bunlarla yanaşı demək olmaz ki, Nardaran sakinləri dövlətinin təəssübünü çəkmir, onun maraqlarına xəyanət edir. Sadəcə, bu maraqlara xəyanət edilməsini istəyən müəyyən qüvvələr onlardan siyasi alət kimi istifadə etməyə çalışdı ki, bunun da fiaskoya uğrayacağı əvvəlcədən bəlli idi. Çünki insan savadsız, bəsit dünyagörüşünə malik ola bilər, lakin bütün canlılara xas özünü və özünə aid hər şeyi qoruma instinkti deyilən bir şey var ki, canlıların ən şüurlusu olaraq insanlarda bu hiss daha güclüdür. Hər bir fərdin yaxınlaşan və ya hiss edilən təhlükədən ilk növbədə qorumalı olduğu isə onun ailəsi - doğmalarıdır ki, bu zaman insanın siyasi və ya ümumiyyətlə savadının olub-olmadığının heç bir əhəmiyyəti olmur. Ailə isə mini dövlətdir - dövlət içində dövlət! Bu şəraitdə hər kəsin dərk etdiyi bir reallıq var ki, ailənin istiqbalı dövlətin istiqbalından birbaşa asılıdır, çünki dövlət nəinki ailənin, hər bir fərdin sağlamlığının, rifahının qarantıdır. Bu sadə həqiqəti dərk etmək üçün ünlü universitetlərdə təhsil almaq gərək deyil. Bunu hər kəs, hətta fəhmlə də olsa, dərk edir. Eyni zamanda onu da anlayır ki, dövlətinin yürütdüyü düzgün siyasət, qonşu ölkələrlə sıfır problem həm də üzvü olduğu cəmiyyətin rifahına hesablanıb. Bu isə onda ölkəsinə, dövlətinə bir minnətdarlıq hissi formalaşdırır ki, nəticədə o, bu minnətdarlıqdan doğan bir təəssübkeşliklə Vətəninin daha alovlu qoruyucusuna çevrilir. Nardaranlılar isə, nəyi də bilməsələr də, "Vətəni sevmək imandandır" Peyğəmbər kəlamındakı dövləti və ictimai təəssübkeşlik çağırışını dərk etməmiş deyillər.
Azərbaycan dövləti müstəqillik əldə etdiyi 24 illik bir zaman kəsiyində çox uğurlara imza atıb. Bu illər ərzində keçilən yola nəzər saldıqda, ölkənin dünəni ilə bugününü müqayisə etdikdə əlavə şərhə ehtiyac qalmır. Lakin bizim ölkənin müstəqilliyi ilə həmyaşıd bir dərdi də var ki, bütün bu illər ərzində onunla bərabər addımlamaqla hər uğurun yanında bir nisgil, bir yara kimi göynəyib. Bu bizim Qarabağ dərdimizdir və hər nə qədər dünya birliyi Azərbaycanın haqq işini - torpaqlarını azad etməsi hüququnu etiraf etsə də, bizim gündəlik həyatımızda rastlaşdığımız nüansları, lap elə erməni mediasının həyasız yalanları ilə üzləşmənin nə demək olduğunu dərk edə bilməzlər. Biz isə hər gün əslində onların özünə aid - tarixi keçmişi olmayan, hər zaman hər kəsdən oğurladığını öz adına çıxan bir toplumun bütün bunları türklərin - bizlərin adına pərçim etməsinin şahidi oluruq. Götürək elə Müdafiə Nazirliyinin hər gün öz saytına yerləşdirdiyi ermənilərin atəşkəs rejimini pozması ilə bağlı xəbərləri. Erməni tərəfinin hər dəfə Ordumuz tərəfindən layiqli cavabını alması barədə verilən bu xəbərləri oxumaq nə qədər xoşdursa, onun erməni həyasızlığı ilə əks mövqedən işıqlandırılması - guya atəşkəsi Azərbaycan tərəfinin pozması ilə bağlı yaydığı xəbərlər bir o qədər qıcıq yaradan, hətta nifrət doğurandır. Bütün bunlar isə cəmiyyətimizdə onsuz da sonsuz həddə olan düşmənə nifrəti daha da körükləməklə, ölkəmizə, dövlətimizə məhəbbət hissini artırır, insanlarımızda vətən təəssübkeşliyinin stimullaşmasına rəvac verir.
Bu gün azərbaycanlı olmağın daha bir qürurverici tərəfi ölkəmizin dünya miqyaslı mədəni, siyasi, elmi-kütləvi və idman tədbirlərinin keçirildiyi məkana çevrilməsidir. Belə tədbirlərin keçirildiyi ərəfədə ölkəyə gələn əcnəbi iş adamlarının, siyasilərin, idmançıların, alimlərin, turistlərin ölkəmiz, Bakımız haqqında səsləndirdiyi xoş sözlər hansımızın köksünü qabartmayıb, gözünü yaşartmayıb? Bu kontekstdə dediklərimizə sübut kimi elə cəmi bir neçə ay öncə Bakıda böyük bir təntənə ilə baş tutan ilk Avropa Oyunlarına nəzər salmaq kifayətdir. Yəqin hər kəs xatırlayır ki, insanlarımız bu idman bayramına necə ruh yüksəkliyi ilə qatılır, idmançılarımızın uğurlarını sosial şəbəkələrdə sevinclə paylaşır, ölkə başçısının yarışmaları şəxsən izləməsinin qazanılan qələbələr üçün çox böyük stimul olduğunu iftixarla dilə gətirirdilər. Elə bunun özü istər dövlətin, istərsə də ictimaiyyətin maraqlarının ən yüksək səviyyədə, həm də el birliyilə qorunmasının parlaq təcəssümü idi. Dediklərimə daha bir əyani sübut isə bu yarışmalara təmənnasız-filansız 1 milyon könüllünün qoşulması idi. Hamının xatirindədir ki, onlar aylar öncə bu yarışmaları müşayiət etməyə necə həvəslə hazırlaşır, Bakıya gələcək əcnəbilərlə daha yaxından ünsiyyət qurmaqdan ötrü qısa bir zamanda ingilis dili öyrənməyə baş vururdular. Məhz onların sayəsində o ərəfədə ölkədə görünməmiş ruh yüksəkliyi yaşandı. Gecə saatlarında evə dönən bu gənclərin üz-gözündən yorğunluq tökülsə də, gözlərindəki parıltı onların hallarından məmnun olduqlarını ortaya qoyurdu. Çünki onlar hər şeyin ən yüksək səviyyədə olması səbəbindən gələn qonaqların qarşısında ölkələri ilə öyünməyə imkan tapmışdılar. O ərəfədə əcnəbilərin ölkəmiz, paytaxtımız, otel və idman saraylarımızda yaradılan şərait, hətta milli mətbəximiz haqqında ağızdolusu və şövqlə danışmalarının sevincini isə təkcə onlar deyil, bütün ölkə yaşayırdı. Oyunların açılış və bağlanış mərasimlərində yaşanan ruh yüksəkliyi isə görülməyə dəyərdi. Mən bu mərasimləri stadionda deyil, Dənizkənarı Milli Parkda quraşdırılmış iri monitorda birbaşa yayımla izlədim və sözün həqiqi mənasında böyük bir qürur yaşadım. Az qala bütün Bakı əhlinin bu monitorun önündə yığışması səbəbindən iynə atsaydın yerə düşməzdi. Lakin o istiyə, o qələbəliyə baxmayaraq insanlar xoşbəxt idi! İnsanlarımız öz ölkələri, öz sərvətlərinin olmasının və ən əsası, bunların çox yüksək səviyyədə əcnəbilər qarşısında sərgilənməsinin sevincini yaşayırdılar. Bütün bunların isə istər dövlətin, istərsə də ictimaiyyətin maraqlarından çıxış etmək, onun mənafeyini hər zaman, hər bir şəraitdə qorumaqdan ötrü necə böyük stimul olduğunu əlavə şərhə ehtiyac yoxdur.
Bu gün ətrafımızda baş verənlər, dünya düzənindəki qabarma və çəkilmələr isə bu maraqların qorunmasını az qala hər gün, hər an bir vəzifə kimi bizə xatırladır - bir daha dərk edirik ki, dövlətin maraqları bizim rifahımızdır.
Samirə SƏFƏROVA
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ