Cümə axşamı günü, 05 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Söndürülməmiş ocaq" - Nardaranlılara Ramil Usubovun müraciəti hələ qüvvədədir
Tarix: 08.12.2015 / 02:13
Bölmə: Gündəm
(Bir daha Nardaran hadisələri barədə)
Cəmiyyəti vahid bir sistemə və yaxud orqanizmə bənzətsək, bazis - iqtisadiyyat üstqurumun - siyasi hakimiyyətin fövqündə necədirsə, üstqurum da öz növbəsində bazisə o dərəcədə əks təsir edir. Bu mənada cəmiyyətdə baş verən hər cür ictimai münasibətlərə zidd əməllər Azərbaycan deyilən vahid bir orqanizmin əzalarına ziyan vurur və onu incidir.
Mövcud qanunları pozmaq, onlara itaətsizlik etmək, qanunların tələbləri daxilində asayişi qoruyan hakimiyyətin səlahiyyətli nümayəndələrinə tabe olmamaq qanunların təbiətindən və yaxud boşluqlarından yaranmır. Qanunların sərtliyi də bu boşluqları aradan qaldırmağa acizdir.
Gəlin geriyə Azərbaycan dövlətinin 20 ildən çox müstəqillik tarixinə baxaq; Qəbul edilən normativ hüquqi aktlara, hətta ölkə konstitutsiyasına kifayət qədər əlavə və dəyişiklər edilsə də, düşündüyünü beynindən çıxarmayanların cəmiyyət üçün arzuolunmaz hərəkətlərinin qarşısını almaq mümkün olmamışdır.
Bəzən insanların fərdi cəhətləri, sosial baxımdan mövcud həyata uyğunlaşa və cəza tətbiq etmədən islah oluna bilməyən, davranışları suallar doğuran belə şəxslərə əməllərinə görə adekvat cavabın verilməsi qaçılmaz olur. Bir az da obrazlı ifadə etsəm, dövlət bir valideyn kimi həddini aşmış övladına əxlaq silləsini tətbiq etməklə ona "ağıllı ol" deyir.
Mən bunları 2015-ci ilin noyabr ayının son günlərində baş verən, məqsədi ölkədə davamlı sabitliyin pozulmasına yönələn, konstitusion quruluşun devrilməsinə tuşlanan, xaotik şərait, çadralı, əmmaməli, saqqallı bir həyat üçün səmtlənən Nardaran hadisələrinin fövqündə bir daha qeyd etməyi özümə borc bildim. Çox qədim bir atalar sözünü xatırladım: Hər birinizdən üzr istəyirəm, deyirlər "Gəzəyən qadının paxırı, əri öləndən sonra açılar. "Və yaxud, evdəki oğurluğa görə ailə üzvlərinin, qohum-qonşuların; bəlkə qapını bağlamamışdın, bəlkə açarı qapının üstündə qoymuşdun yersiz iradlarına ailə başçısı belə cavab verir: Məgər bu oğrunun heç bir günahı yoxdur? Bu gün həbs edilən şəxslərin müdafiəsinə qalxan və yaxud qalxacaq şəxslərdən soruşmaq istəyirəm: "bu oğruların heç bir günahı yoxdur?" Var və ağırdır!
Nardaran hadisələrində, təbii ki, həddini aşan hər bir subyektin, qəsdən ağır cinayət etməkdə qəsdən birgə iştirak edən bəd niyyətli şəxslərin hər birinin əməlinə prinsipal qiymət veriləcək. Amma bu hadisədə sadə, ağsaqqal nardaranlıların da günahı az deyil.
Hadisələrdən sonra məlum oldu ki, uzun illər Azərbaycan dövləti nardaranlılardan enerji təchizatından istifadəyə görə haqq almırmış. Bu məbləğ ağlasığmaz həddə - milyon manatlar qədər imiş. Amma yenə də bakılıların bir sualı meydana çıxır: Ya Rəbb! Bizim aramızdan seçilən məmurlara, onların idarəçiliyinə, ən başlıcası ölkə Prezidentinin idarəçilik üsullarına qarşı çıxan, onu devirmək istəyənlərə bu qədər "jest" etməyə dəyərdimi? Əslində, bu "jest"dövlətin öz vətəndaşlarının rifah halının yaxşılaşdırılması məqsədilə ali məqsədinin müəyyən qisminin həyata keçirilməsinin bariz nümunəsi idi. Digər vətəndaşlarla müqayisədə "bərabərlik hüququ"nun pozulması kimi səslənsə də, qanuna zidd sayıla bilməzdi.
Nardaranlıların "Müsəlman birliyi" ölkəmizin hüdudlarından kənarda, yenə müsəlman ölkələrində ekstremist, radikal notlarla köklənən və həmin təşkilatların beşikdə böyüyən körpələridir - desəm, vallah yanılmaram. "Müsəlman birliyi". Bu ifadənin özündə dinimizə və imanımıza zidd niyyətlər var. Niyə məhz həmin qaraguruhçu bir qrup şəxs özlərini bu dinin "birliyi"ndə görür? Məgər Nardaranın sağlam, Allahdan, onun kitabından qorxan imanlı qardaş və bacılarımızın bu bəd xislətli insanların bəd əməllərindən heç bir xəbəri olmayıb? Olmayıbsa çox pis. Yenə niyə olmayıb sualı yaranır. Yox, məlumatları ola-ola niyə bu barədə müvafiq orqanlara heç olmazsa "anonim" zənglərlə məlumat verməmişlər?! Bu artıq" cinayətlər barədə xəbər verməmə, onu gizlətmə" tərkibini yaradır.
Məni narahat edən başqa məqamlar da var. Nardaranda baş verən xüsusilə ictimai təhlükəli əməlin ərsəyə gəlməsi qəsəbənin - inzibati ərazinin icra nümayəndələrinin, bələdiyyə üzvlərinin, məsul orqanlarının da əməliyyat marağından və nəzarətindən kənarda qalması hadisənin cücərməsinə stimul yaratmışdır. Şübhəm yoxdur ki, bütün bunlar prinsipial müzakirələrin predmetinə çevriləcək və səhlənkarlığa yol verənlər tənbeh olunacaqlar.
Nardaranlıların hər birinin Allaha inanmaqlarına şübhəm yoxdur. Allaha inanmaq bəxş edilən mühitdə, şəraitdə Allah həqiqətlərini axtarıb tapmağa çalışmaq deməkdir. Bu yoxdursa, Allaha həqiqi mənada tanımaq da yoxdur və bunu dərk etməyə-etməyə cihad etmək, guya haqsızlığa qarşı vuruşmaq küfrlükdən başqa bir şey deyil. Quranda buyurulur: "Ən böyük cihad insanın şeytani əməlləri ilə mübarizəsindən keçir". Təkrar etmək yerinə düşərdi ki, hazırki ağır hadisələri doğuran motivlərin ən əsası şeytani nəfsdir.
"Müsəlman birliyi" öz bəd əməllərinə qarşı cihad etsəydilər yəqin ki, acı nəticələr, faciələr baş verməzdi.
Çox istərdim ki, dəyən ziyan "müsəlman birliyin"nin havadarlarından tutulsun!
Tam məsuliyyətlə demək olar ki, "Müsəlman birliyinin" islama heç bir aidiyyəti yoxdur. Həqiqi islam xudpəsəndliyi, həsədi, pis əxlaqı, niyyəti, öz dövlətinə və həmvətəninə qarşı çıxmağı qəbul etmir.
Dahi rus klassiklərindən L.N.Tolstoy baxın nə yazıb: "Məhəmmədin şəriəti ağıl və hikmətlə vəhdət təşkil etdiyindən, gələcəkdə bütün dünyada hökmranlıq edəcək".
Bernard Şou: "Məhəmmədin dinində qəribə bir təravət və həyatsevərlik var. Mən həmişə Ona, Onun dininə ehtiramla yanaşmışam" - deyir.
Böyük alim, filosof və mütəfəkkir Volter isə islam dini haqqında yazır: "Məhəmmədin gətirdiyi din şübhəsiz xristianlıqdan üstündür. İslamda heç vaxt məsihilikdə olduğu kimi dəlilik və sərsəmlik dərəcəsinə çatan küfr olmamışdır". Əziz həmvətənlər! Bu birliyin əməlləri sərsəmlik və küfr deyilsə,onda kafirlik necə olur?
Qırıq əxlaq, natamam bilik, qəbul etdiyi dinin mahiyyətini və üstünlüyünü, nəyin qadağan, nəyin fərz qılındığını bilməyənlər qışqırıb-bağırmaqla "islam dininə mənsubam" desələr də, islam ola bilməzlər.
Uca Rəbbimiz hər birimizin əməlinə görə müvafiq cəzanı sanki boynumuzdan asmış,yaxşı və pis davranışlarımızın yazıldığı dəftər isə qoltuğumuzdadır.
Qənaətim belədir: Nardaran hadisələri bir-iki günün hadisəsi kimi yaranmamışdır. O, vaxtında söndürülməyən ocaq qədər təhlükəli olduğunu sübut etdi. Göstərilən humanist münasibətlər, sosial qayğılar, bəzi insani yanaşma halları, "göz yummalar" "Müsəlman birliyi"ni şirnikləndirərək, hakimiyyət sevdasına doğru getməyə imkan vermişdir.
Lakin hadisələrin kontekstində məlumatların realizə olunmasına həmişə olduğu kimi çevik reaksiya verən DİN, MTN və Baş Prokurorluq tərəfindən gözlənilən təhlükənin qarşısı alındı. Ekstremist və radikal əxlaqlı bir qrup subyekt cəmiyyətdən təcrid olundu. Hadisələr şəxsən ölkə Prezidentinin nəzarəti altında izlənir, heç nə yaddan çıxmır, diqqətdən yayınmır.
Daha diqqətçəkən məqam ondan ibarətdir ki, DİN rəhbəri Ramil Usubov, müavini Vilayət Eyvazov və digər ali rütbəli dövlət rəsmiləri Nardaranda dəfələrlə oldular, onlara bir neçə dəfə silahların təhvil verilməsi ilə bağlı xitablar edildi. Müsbət reaksiya, hələ ki, yoxdur. Əslində daxili işlər naziri hörmətli Ramil müəllimin "Silahları könüllü şəkildə yerli hüquq-mühafizə orqanlarına təhvil verin" müraciətində dövlətin vətəndaşlarının əməllərinə qarşı bir unutqanlığı-amnistiya elan olunması eyhamı var. Bu ondan ibarətdir ki, odlu silahları könüllü təhvil verənlər məsuliyyətə cəlb olunmayacaqlar. Vətəndaşlar bu müraciətin mahiyyətinə, hələ ki, varmırlar. Əgər DİN-in rəhbərliyində nardaranlılarda əlavə silahlarla bağlı məlumatlar olmasaydı, nazir heç vaxt belə müraciətə imza atmaz və "məsuliyyətə cəlb olunmayacaqlar" ifadəsini işlətməzdi.
Amma çox təəssüf ki, hələ də müsbət reaksiyanın olmaması əvvəl dediyimi təsdiqləmiş olur. Deməli, "ocaq hələ söndürülməyib, təhlükə sovuşmayıb".
Sonda: Mən, çox istərdim ki, dini, imanı, kitabı bir olan qardaş və bacılarımız daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müraciətinə hörmətlə yanaşsınlar. Bu, hər birimizin təhlükəsizliyinə zəmanət verən çağırışdır. Allah xalqımızı və dövlətimizi xətalardan və hər cür bəlalardan hifz etsin. Amin!
Şəmsəddin Əliyev
"Polisə Dəstək"
İB-nin sədri
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
SON XƏBƏRLƏR
05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...
05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...
05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...
05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"
05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"
- Prezident
05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...
05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...
05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir
05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...
05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...
05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır
- müqaviləsi imzalandı
05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı
05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı
04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…
04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir?
- DOSYE
04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan...
Qalmaqal...
04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...
04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...
04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...
04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...
04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir...
Guya...
04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...
04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı...
Hicab da olacaq?
04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...
04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...
04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı
- Paşinyan rəqiblərini məhv edir...
04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb?
- YENİ FAKTLAR...
04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü -
hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...
04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb
04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi -
fövqəladə hökumət qurulur...
04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir
04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır
04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi
04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?
04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?
04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi
04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...
04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi
04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..
04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi
04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi
04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu
04.11.2026 / 15:40
Hersoq qərar verəcək -
Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...
04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir"
- Paşinyan
04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır"
- Sahil Babayev
04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya
- ifrat sağçı dalğa artıq dağılır…
04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq
- boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...
04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib
04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi
- amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...
04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...
04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər
– İDDİA…
04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...
04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...
04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı -
Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir
04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub
- FOTO
04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır"
- Nazir
04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar
- FOTO
04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti
- bir nəfər barəsində qətimkan tədbiri seçildi...
04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır
- 946-dan 1200-ə...
04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı...
Sifarişlər dayandırıldı...
04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı -
"Mən olsaydım..."
04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...
04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi
- 1932-ci ildən bəri ilk fakt...
04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı -
Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi
04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi
- qanunsuz ödəniş tələblərinə inanmayın...
04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi
04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi
04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi
- nəticələri qəbul etməyə hazıram...
04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...
04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...
04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu...
Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ
04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb
04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi
03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir”
- dünyanı hədələyən təhlükə...
03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu
- "Patriot" verin, əvəzində istədiyinizi edim...
03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...
03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı
03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb...
"cənab Veto"
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ