Türkiyənin Qaziantep əyalətində Suriyaya keçməyə çalışan 9 nəfər saxlanıb. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, onlardan 7-si əcnəbidir.
Valilikdən verilən bilgiyə görə, yerli Polis İdarəsi Terrorla mücadilə şöbəsinin əməkdaşları keçirilən əməliyyat nəticəsində 9 nəfər şübhəlini gözaltına alıb. Suriyaya keçməyə çalışdığı deyilən şübhəlilərin İŞİD-ə qoşulmaq niyyətində olduğu bildirilir. Məhkəməyə göndərilən şübhəlilər sonradan sərbəst buraxılıb. Onlardan əcnəbi olduğu deyilən 7 nəfər isə deportasiya edilməsi üçün Miqrasiya idarəsinə təhvil verilib.