Rus hərbi təyyarələrinin Hələbdə düzənlədiyi hava hücumunda 14 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bir məktəbin də hədəf alındığı hücumda ölən və yaralananların çoxunun uşaq olduğu bildirilir. Hələbdəki dinc əhalini qoruma yetkililərindən alınan xəbərə görə, Rus hərbi təyyarələri müxaliflərin nəzarətindəki Sukuri, Hulok və Firdevs məhəllələrinə aviazərbələr endirib. 14 nəfərin öldüyü, 20 nəfərin yaralandığı əməliyyatda çox sayda ev və sığınacaqların dağıdıldığı bildirilir. Hələb Yerli Koordinasiya Komitəsinin sözşüsü Mustafa əbu Şefik Rus təyyarələrinin Hələbin cənubunda Xan Tuman şəhərinə və ətrafına 70-dən çox hava hücumu keçirdiyini bildirib. Rejim güclərinin Rusların dəstəyilə şəhərin güneyindəki Hilsa kəndində nəzarəti yenidən ələ aldığını bildirən Şefik müxaliflərin də Xalidiyyə məhəlləsində rejim gülərinin qərargah kimi istifadə etdiyi binanı havaya uçurduğunu bildirib.