SOCAR-ın "Günəşli” yatağının 65-70 kilometrliyində FHN-in helikopteri daha 4 nəfərin meyitini tapıb. Artıq onların şəxsiyyəti müəyyənləşib.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsindən APA-ya verilən xəbərə görə, bunlar 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu, 1957-cü il təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 1965-cü il təvəllüdlü İsgəndərov Habil Tağı oğlu və 1963-cü il təvəllüdlü Babayev Mikayıl İsmayıl oğludur.
Qeyd edək ki, bu gün saat 13:20 radələrində FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar etmişdi.