APA-nın xəbərinə görə, hazırda operativ qərargahda olan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Respublikası Dövlət Neft Şikətinin prezidenti Rövnəq Abdullayev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev qəza-xilasetmə əməliyyatının gedişi ilə bağlı məsələləri müzakirə ediblər.
Qeyd edək ki, bu gün "Günəşli" yatağında baş vermiş qəza nəticəsində itkin düşənlərdən 6 nəfərinin cəsədi tapılıb.
Axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Eyni zamanda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.