O, faciə nəticəsində itkin düşənlərin ailələrinə dərin hüznlə başsağlığı verib: "SOCAR-a da başsağlığımı bildirirəm. Bilirəm ki, SOCAR bütün obyektlərində təhlükəsizliyin təmin edilməsinə fəal cəlb edilib".
Qırğızıstanın Bakıdakı səfiri Ayciqit Buranov da "Günəşli" yatağındakə dəniz platformasında insanların ölümü ilə əlaqədar Azərbaycana başsağlığı verib. Bu barədə Trend Qırğızıstan səfirliyinə istinadən məlumat verir. Məlumatda deyilir: "Qırğızıstan səfirliyi adından qardaş Azərbaycan xalqına, hökumətinə və bu dəhşətli hadisə nəticəsində ölən və itkin düşənlərin ailələrinə və yaxınlarına səmimi qəlbdən dəstəyimi bildirirəm. İtki ağrısını bölüşür və Azərbaycan xalqı ilə kədərlənirik. İtkin düşənlərin tezliklə tapılması üçün dua edirik".
Niderlandın Azərbaycandakı səfirliyi də "Günəşli" yatağındakı dəniz özülündə baş vermiş faciə ilə əlaqədar başsağlığı verib.