Bu gün sosial şəbəkələrdə Rusiyanın Qara dəniz donanmasına aid "Kunikov” gəmisinin İstanbul boğazlarından keçərkən göyərtəsində çiynində raket tutan əsgər görüntüsü ilə sosial şəbəkələrdə paylaşılması narahatlıqlara yol açıb. Lakin daha sonra fotoşəklin dekabrın 4-də çəkildiyi bəlli olub.
Gəminin hansı istiqamətdə üzdüyü barədə məlumat verilmir. Boğazdakı sərnişinlər bildiriblər ki, Rusiya əsgərləri sərnişin gəmisini görən kimi raketi yuxarı qaldırıblar.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya ilə qırıcı qalmaqalının davam etdiyi bir dönəmdə bu addımı təxribat adlandırıb: "İstər Rusiya, istərsə də digər dövlətlərin gəmilərinin boğazlardan necə keçəcəyi barədə qanunlar məlumdur. Heç bir dövlətin boğazlardan keçməsi təhlükə yaratmır. Bütün gəmilər müqavilə əsasında boğazlarda hərəkət edə bilər. Amma Rusiya əsgərlərinin bu hərəkətləri təxribatdır”.
Bu arada bəlli olub ki, Türkiyə boğazları rus gəmilərinin üzünə bağlaya bilər. Beynəlxalq Universitetlər Şurası Direktorlar Şurasının sədri Hikmət Əzizoölu müharibə vəziyyətində Türkiyənin bu boğazlar üzərində müəyyən hüquqları olduğunu açıqlayıb. "Türkiyə və Rusiya münaqişə tərəfləri olarlarsa, Türkiyə ölkənin təhlükəsizliyi naminə boğazları bu ölkənin gəmilərinə bağlamaq hüququnu özündə saxlayır” – deyə o, Anadolu Agentliyinə açıqlamasında bildirib.
baki-xeber.com