İrəvanda konstitusiya islahatlarına etiraz əlaməti olaraq mitinq başlayıb. Erməni saytlarının verdiyi xəbərə görə, aksiya iştirakçıları Mərkəzi Seçki Komissiyasının binasına doğru yürüş edib.
Xəbərə görə, İrəvanın Azadlıq meydanında polis qüvvələri toplaşıb. Polis qüvvələrinin zirehli geyimi diqqət çəkib. Yürüş-mitinqin "Yeni Ermənistan” azadlıq cəbhəsi, "Ayağa qalx, Ermənistan” vətəndaş hərəkatı və "İrs” müxalifət partiyası tərəfindən təşkil olunduğu bildirilir.