Suriya prezidenti Bəşər bəyan edib ki, Rusiya Suriyada anti-İŞİD əməliyyatlarına başlamaqla əslində tək üzünün deyil, həm də Avropanı qoruyur. Baki-xeber.com-un korrespondent.ru saytına istinadən xəbərinə görə, bu barədə o, The Sunday Times-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya Avropada ekstremizmin yayıldığını anladığından bu yola baş vurub. "Onlar (ruslar-red) Suriyanı, İraqı, bütün regionu, özlərini, hətta Avropanı qorumaq istəyirlər. Mən bunu deyərkən heç bir şişirtməyə yol vermirəm” – deyə Əsəd bildirib.
Xatırladaq ki, Rusiya 30 sentyabrda Suriyada hava hücumlarına başlayıb. Rusiya hökuməti bu əməliyyatların İŞİD terrorçularına qarşı aparıldığını bildirir.