Bu gün səhər saatlarında Biləsuvar rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az xəbər verir ki, Ələt-Astara magistralının rayonun Cürəli kənd ərazisindən keçən hissəsində AZPETROL-a aid iri tonajlı yanacaq daşıyan avtomobil qarşıdan gələn VAZ 21-010 markalı avtomobilin üstündən keçib. Hadisə nəticəsində yanacaq daşıyan maşın aşıb, minik avtomobilindəki 4 nəfər isə həyatını itirib. Ölənlərim hamısı bir ailənin üzvüdür.